Icma.az
close
up
RU
Aslan Kərimov Neftçiin uğursuzluqlarının səbəbini GÖSTƏRDİ

Aslan Kərimov Neftçiin uğursuzluqlarının səbəbini GÖSTƏRDİ

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

""Neftçi"in əsas uğursuzluqlarının səbəbi məşqçilərin tez-tez dəyişilməsidir. Bu da, təbii ki, başa düşüləndir. Onlar da məşqçi təyin edərkən tez bir zamanda nəticə əldə etmək istəyirlər. Amma hər bir məşqçi dəyişikliyi özü özlüyündə performansın aşağı düşməsinə səbəb olur. Çünki istənilən yeni bir məşqçi özünün düşüncəsində olan oyunçu tiplərini yığmalı, ümumi oyun üslubu ortaya qoymalıdır və bu da asan məsələ deyil".

Bu sözləri futbol eksperti, Azərbaycan millisinin keçmiş üzvü Aslan Kərimov Redaktor.az-a açıqlamasında bildirdi.

Onun sözlərinə görə, hazırda "Neftçi" məşqçi baxımından doğru seçim edib:

"Çünki Samir Abbasovun rəhbərliyi altında "ağ-qaralar" "Qarabağ"a da qalib gəlmişdi, çempionatda birinci yer tutmuşdu. Məşqçi öz düşüncəsində olan oyun üslubunu ortaya qoymaqdan ötrü də istədiyi tipdə komandanı formalaşdırmalıdır, oyunçular transfer etməlidir. Hazırkı durumda "Neftçi"nin oyununda artım təbii ki, gözlənilir. Ən azından "Kəpəz"lə oyundakı ruhsuzluğu görmürük, oyunçular son damla tərinə qədər mübarizə aparırlar. Amma oyunda nəticəni əldə edə bilmirlər, çünki bəzi mövqelərdə olan oyunçular var ki, onların həddindən artıq kobud səhvləri olur".

Keçmiş futbolçu bildirdi ki, "Neftçi"nin zamana ehtiyacı var:

"Yəqin ki, bunun düzəlməsi üçün qış fasiləsində texniki heyətin üzərinə həddindən çox iş düşəcək. Oyunçu almaq məcburiyyətindədirlər və o oyun üslubunu ortaya qoymalıdırlar. Bunun üçün bəzən bir il belə bəs etmir. Çünki oyunçuların özlərinin düşüncəsində də bu səviyyəyə gəlib çıxdıqları bir oyun tərzi var. Həmin tərzdən çıxıb məşqçinin tərzinə uymaq asan olmur. Düşünürəm ki, bu il onlar üçün formalaşma ili olmalıdır ki, növbəti ildən artıq çempionluq uğrunda mübarizə aparsınlar. Hesab edirəm ki, ən azından onların oyunçu transferi üçün imkanları var. Ancaq bir məsələ də var ki, indiki durumda o qədər də asan deyil. Çünki bəlli oyunçular transfer olunub və büdcədən pullar ayrılıb. Həmin oyunçuları birdən-birə dəyişmək olmaz. Bu, komandaya büdcə olaraq zərbə vurmaq deməkdir. Ona görə ən azından var olan oyunçulardan maksimum dərəcədə istifadə etmək lazımdır".

Sevinc İBRAHİMZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri