Aşqabad “Mərkəzi Asiya + ACEAH” formatının yaradılması təşəbbüsü ilə çıxış edir
Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkmənistan “Mərkəzi Asiya + ACEAH (Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası)” formatının yaradılmasını təklif edir. Bu barədə TDH agentliyi məlumat yayıb.
Məlumata görə, Nazirlər Kabinetinin iclasında ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Rəşid Meredov məlumat verib. Əməkdaşlığı genişləndirmək və Malayziyanın 2025-ci ildə ACEAH-a sədrliyini nəzərə alaraq, Aşqabad bu təşəbbüsün həyata keçirilməsinə başlamağı təklif edir. Meredov vurğulayıb ki, Asiya-Sakit Okean regionu dövlətləri ilə, xüsusilə Malayziya ilə əlaqələrin inkişafı Türkmənistanın xarici siyasətinin əsas vektorlarından biridir.
Dekabrın 18-19-da Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Malayziyada rəsmi səfərdə olub. Səfər zamanı tərəflər enerji, nəqliyyat və texnologiya sahələrində birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 23 Dekabr 2024 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















