Icma.az
close
up
RU
“Assist Finance” şirkəti 5 dəfə kiçilib HESABAT

“Assist Finance” şirkəti 5 dəfə kiçilib HESABAT

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın investisiya bazarının aktiv iştirakçısı olan «Assist Finance» iri vəsait itkisi ilə üzləşib.

Yenisabah.az şirkətin yarım illik hesabatına istinadən xəbər verir ki, 2025-cı ilin ilk yarısında şirkətin əməliyyatları və aktivləri kəskin azalıb, baxmayaraq ki, «Assist Finance» mənfəətlə işləməyə davam edib.

Hesabata əsasən ilk yarım ildə «Assist Finance»ın gəlirləri 848 min manat olub, bunun 403 min manatı müştərilərdən alınan sifarişlər,  440 min manat isə öz vəsaitləri ilə aparılan əməliyyatlar olub. Dominos pizza

Bu dövrdə şirkətin xərcləri isə 440 min manat olub – 229 min manat komissiya xərcləri, 190 min manat isə inzibati və əmək haqqı xərcləridir.

Nəticədə şirkətin əməliyyat mənfəəti 410 min manat, xalis gəliri 117 min manat olub. 108 min manat mənfəət vergisi ödənişindən sonra «Assist Finance»in yarım ildə xalis mənfəəti 419 min manat olub.

Nəzərə alsaq ki, 2024-cü ildə şirkətin xalis mənfəəti 700 min manat olub, yarım ildə 440 min manat mənfəət pis göstərici deyil.

Əvəzində 2025-ci ildə «Assist Finance»dən böyük vəsaitlər çıxarılıb.

Şirkətin aktivləri 5 dəfədən çox azalaraq ilin əvvəlindəki 9,1 milyon manatdan 1,7 milyon manata düşüb.

Belə ki, ilin əvvəlində ümumi dəyəri 7,6 milyon manata çatan yüklü maliyyə aktivləri və qiymətli kağızlara yatırımlar, indi sıfıra düşüb.

Hazırda «Assist Finance»nin idarəçiliyində qiymətli kağız demək olar ki, qalmayıb.

Yarım ilin nəticələri üzrə aktivlərin əsasını qüsamüddətli debitor borclar (1 milyon 351 min manat), pul vəsaitləri (147 min manat), banklarda saxlanılan pullar (124 min manat) təşkil edir.

Avtomatik olaraq şirkətin öhdəlikləri də kəskin azalıb – ilin əvvəlində 7,8 milyon manata çatan cəmi öhdəliklər indi 194 min manata düşüb – təxminən 40 dəfə azalma var.

İlk yarım ildə «Assist Finance»də pul vəsaitlərinin hərəkətinə gəlincə, yarım ildə əməliyyat fəaliyyətindən cəmi daxil olmalar  428 min manat, xaric olmalar 598 min manat – ümumilikdə mənfi 170 min manat təşkil edib.

İnvestisiya  fəaliyyətindən daxil olmalar 44,7 milyon maknat, xaricolmalar 37,8 milyon manat olub – müsbət 6,9 milyon manat.

Bu dövrdə şirkətin maliyyə fəaliyyətindən daxilolmaları 8,1 milyon manat, xaricolmalar 14.9 milyon manat – mənfi 6,8 milyon manat olub.

Sözügedən dövrdə şirkətin kapitalı artaraq ilin əvvəlindəki 1,33 milyon manatdan indi 1,53 milyon manata yüksəlib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 Sentyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri