AST Telman Trampla birgə FOTO
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanlı iş adamı Telman İsmayılovla ABŞ Prezidenti Donald Trampın birlikdə çəkilmiş fotosu yayımlanıb.
Bakıvaxtı.az xəbər verir ki, “AST Telman” kimi tanınan Telman İsmayılovla Donald Trampın birgə fotosunun nə vaxt və hansı şəraitdə çəkildiyi, eləcə də ilk dəfə hansı mənbədə yayımlandığı barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, Telman İsmayılovun adı uzun illər beynəlxalq biznes dairələri, iri investisiya layihələri və nüfuzlu şəxslərlə əlaqələri ilə gündəmə gəlib.
Onun rəhbərlik etdiyi AST şirkətlər qrupu müxtəlif sahələrdə fəaliyyət göstərib. İsmayılovun Türkiyədə inşa etdirdiyi “Mardan Palace” hotel kompleksi də onun ən çox tanınan layihələrindəndir.
AST Telman kimdir?
Telman İsmayılov 26 oktyabr 1956-cı ildə Göyçayda anadan olub. O, “AST Telman” ləqəbi ilə tanınır və AST şirkətlər qrupunun qurucusu kimi məşhurlaşıb.
İsmayılov 2000-ci illərdə Rusiyanın iri sahibkarlarından biri kimi tanınıb. Moskvada yerləşən Çerkizov bazarı onun biznes fəaliyyətinin ən tanınmış istiqamətlərindən biri olub. 2009-cu ildə bazarın bağlanmasından sonra onun biznes fəaliyyəti ciddi çətinliklərlə üzləşib.
İş adamı Türkiyənin Antalya şəhərində yerləşən “Mardan Palace” hotel kompleksinə yatırdığı böyük investisiya ilə də diqqət çəkib.
Telman İsmayılov sonrakı illərdə barəsində Rusiyada aparılan cinayət təqibi və axtarış məsələləri ilə gündəmə gəlib.
Mahir Axund
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 21 Oktyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















