Icma.az
close
up
RU
Astanada Azərbaycanın Konstitusiya və Suverenlik İli qeyd edilib

Astanada Azərbaycanın Konstitusiya və Suverenlik İli qeyd edilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Astana, 13 noyabr, AZƏRTAC

Astanada Azərbaycanın Konstitusiya və Suverenlik İlinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli elan edildiyini diqqətə çatdırıb.

Səfir bildirib: “Bu qərar ölkəmizin yaxın tarixində iki mühüm hadisəni - Konstitusiyanın qəbul edilməsinin 30-cü ildönümünü və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin 5 illiyini bir araya gətirir”.

Diplomat qeyd edib ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya sabit dövlət idarəçiliyi sisteminin, vətəndaşların hüquqlarının qorunmasının və milli suverenliyin təməlini qoyub. O əlavə edib: “Noyabr ayında biz daha bir əlamətdar hadisəni - 9 Noyabr - Dövlət Bayrağı Gününü qeyd edirik. Müstəqilliyin bərpasından bəri Azərbaycanın Dövlət Bayrağı ölkəmizin dövlətçiliyinin müqəddəs rəmzlərindən birinə çevrilib”.

Azərbaycan-Qazaxıstan münasibətlərindən danışan diplomat qeyd edib ki, iki qardaş ölkə müttəfiq və strateji tərəfdaşdır. “Bu ilin 20-21 oktyabr tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfərini mübaliğəsiz olaraq tarixi hadisə adlandırmaq olar. Səfərin ölkələrimiz arasında Strateji Tərəfdaşlıq və Müttəfiqlik haqqında Müqavilənin 20-ci ildönümünə təsadüf etməsi simvolikdir”, - deyə o əlavə edib.

Səfir Türkiyə hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması xəbəri ilə bağlı qardaş xalqa və Türkiyə Silahlı Qüvvələrinə başsağlığı verib.

O qeyd edib ki, 8 Noyabr – Zəfər Günü tariximizin ən yaddaqalan səhifələrindən biridir: “Şanlı Qələbəmizin 5-ci ildönümünü qeyd edirik. Bu gün Azərbaycan xalqı qəhrəmanlıq salnaməsi yazıb və tarixi qələbə qazanıb. Biz təkcə ərazi bütövlüyümüzü deyil, həm də milli qürurumuzu bərpa etdik”.

Diplomat işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və tikinti işləri barədə də məlumat verib.

Tədbirdə çıxış edən Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek qardaş Azərbaycan xalqını Qazaxıstan hökuməti adından Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümü münasibətilə təbrik edib.

Nazir deyib: “Bu tarixi sənəd müstəqilliyin, suverenliyin və davamlı inkişafın təməl daşına çevrilib. 2025-ci ilin Konstitusiya və Suverenlik İli elan edilməsi Azərbaycanın qanuna və ədalətə əsaslanan milli inkişafa sarsılmaz sadiqliyinin bariz təzahürüdür”.

S.Nurbek qeyd edib ki, Qazaxıstan Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin təmin edilməsi və ölkənin beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində Azərbaycanın nailiyyətlərini yüksək qiymətləndirir.

Qazaxıstanlı nazir əlavə edib: “Əminəm ki, Qazaxıstan və Azərbaycan uzunmüddətli strateji tərəfdaşlığı dərinləşdirməyə davam edəcək, nəqliyyat əlaqələrini genişləndirəcək, ticarət həcmini artıracaq və bütün Türk dünyasının davamlı inkişafı üçün yeni imkanlar yaradacaq”.

S.Nurbek ölkələr arasında təhsil sahəsində əməkdaşlığın möhkəm institusional təməl üzərində inkişaf etdiyini vurğulayıb. “Təhsil nazirlikləri arasında hökumətlərarası sazişə əsasən, tələbə mübadiləsi müntəzəm şəkildə həyata keçirilir və bu, yeni akademik imkanlar açır, həmçinin universitetləri bir-birinə daha da yaxınlaşdırır”, - deyə o bildirib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see151

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see147

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see129

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see126

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri