Astanada Regional Ətraf Mühit Zirvəsi keçiriləcək
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Qazaxıstanda RES2026 Regional Ətraf Mühit Zirvəsi keçiriləcək.
Newscenter.az Akorda-ya istinadən bildirir ki, tədbir Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə baş tutacaq.
Regional Ətraf Mühit Zirvəsi 22-24 aprel tarixlərində Astanada keçiriləcək. BMT çərçivəsində yaradılan yeni dialoq platformasının məqsədi Mərkəzi Asiyanın davamlı inkişafı üçün ortaq bir vizyon formalaşdırmaq, iqlim və ətraf mühit problemlərinin öhdəsindən gəlmək üçün birgə həll yolları tapmaqdır.
Görüşdə bir sıra dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların liderləri iştirak edəcək.
Zirvə çərçivəsində 22 apreldə Prezident Kasım-Jomart Tokayevin sədrliyi ilə Beynəlxalq Aral Dənizinin Xilasetmə Fondunun təsisçi dövlət başçılarının görüşü də olacaq.
Süleyman
Bu mövzuda digər xəbərlər:Astanada regional ekokinofestival keçiriləcək
18 Mart 2026 14:43
Astanada Regional Ekoloji Sammit başlayır
22 Aprel 2026 09:02
Astanada “Euronews”un regional ofisi açılıb
19 Dekabr 2024 08:45
Astanada Regional Ekoloji Sammit öz işinə başlayır
22 Aprel 2026 15:20
TDT Qəbələ Zirvəsi: Regional sülh və təhlükəsizlik
07 Oktyabr 2025 08:24
Baxış sayı:141
Bu xəbər 17 Aprel 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















