Astanadan Trans Xəzər marşrutuna çıxışı təmin edəcək avtomobil yolu çəkiləcək
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Qazaxıstan hökumətinə Astanadan Arkalıq, Turqay və İrqizdən keçməklə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna birbaşa çıxışı olan yolun tikintisinə başlamaq tapşırılıb.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Kurultayın iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb: “Yeni avtomobil yolu ölkənin mərkəzi və qərb rayonları arasında marşrutu 560 kilometr qısaldacaq. Bu, bütün Turqay bölgəsinin inkişafına təkan verəcək irimiqyaslı layihədir”.
Onun sözlərinə görə, Arkalıqda hava limanı bərpa olunmalı və yeni aeroport kompleksi tikilməlidir.
“Bütün bunlar təkcə ölkənin nəqliyyat əlaqələrini gücləndirməyəcək, həm də Mərkəzi Qazaxıstanda kənd təsərrüfatı sahələrinin və heyvandarlığın inkişafına töhfə verəcək”, -deyə Prezident əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 14 Mart 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















