Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Benzema “Arsenal”a məsləhət bilinib

Astara düyüsü yenidən şöhrət qazanır

Astara düyüsü yenidən şöhrət qazanır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Astara əlverişli iqlim şəraiti, məhsuldar torpaqları, bol su mənbələri ilə seçilən barlı-bərəkətli diyardır. Bu yerlərin sakinləri qədimdən çəltikçiliklə məşğul olub. Dadlı, ətirli düyüdən hazırlanmış yüksək kalorili yeməklər, xüsusən növbənöv plov süfrələri bəzəyib.

Keçən əsrin 60-cı illərinə kimi Astara respublikamızda iri çəltikçilik rayonu kimi tanınırdı. Kənd əməkçilərinin min bir zəhmətlə yetişdirdikləri “ənbərbu”, “sədri”, “vilgəri”, “haşimi” kimi müxtəlif növ düyülər keçmiş ittifaq respublikalarına, hətta xarici ölkələrə də göndərilib. Astara düyüsü dəfələrlə beynəlxalq sərgilərdə yüksək mükafatlara layiq görülüb.

Sonrakı illərdə tərəvəzçiliyin inkişafı çəltikçiliyi sıxışdırsa da, yerli əhali dədə-baba əkinçiliyini unutmayıb. Müstəqillik illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində çəltikçiliyə qayıdış başlanıb. O illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş, hüquq elmləri doktoru, professor, Əməkdar müəllim İbrahim Quliyev deyir:

– Ölkəmizdə aqrar sahənin dinamik inkişafı, əhalinin ərzaq təminatının yaxşılaşdırılması, rifah halının yüksəldilməsi Ulu öndərin titanik səyləri, misilsiz xidmətləri ilə bağlıdır. Astarada həyata keçirilən torpaq və aqrar islahatları nəticəsində kəndlinin torpağa bağlılığı, sahiblik hissi artmış, kənd təsərrüfatı sahəsində yüksək nəticələr əldə olunmuşdur. Xalqımızın əbədiyaşar lideri 1998-ci il oktybr ayının 5-də Astaraya növbəti səfəri zamanı kənd əməkçilərinin fədakarlığını, aqrar sahədə qazanılan uğurları yüksək qiymətləndirmişdir. Yaxşı yadımdadır, Ulu öndər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çəltikçilərin də əməyini unutmadı və dedi: “Astara düyüsü öz keyfiyyətinə görə həmişə şöhrət qazanmışdır və Azərbaycanın ən qiymətli kənd təsərrüfatı məhsullarından biridir”.

Müdrik rəhbərin yüksək qayğısından ruhlanan zəhmətkeş, qədirbilən astaralılar 2000-ci ildə çəltik əkinlərini genişləndirərək 2 min hektara çatdırdılar. Sahələrdən rekord miqdarda – 14 min 909 ton çəltik yığıldı. Hektarın məhsuldarlığı isə 74,5 sentnerə yüksəldi.

Bu il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə də ölkəmizdə aqrar sahədə həyata keçirilən islahatların ulu öndər Heydər Əliyev tərəfindən başlandığı, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəldiyi vurğulanıb. Kənd təsərrüfatının təkcə iqtisadi fəaliyyət deyil, eyni zamanda, ərzaq təhlükəsizliyi, məşğulluq, regionların inkişafı və ixrac potensialının artırılmasına töhfə verən çoxfunksional sahə olduğu qeyd edilib. Regionlarda yaşayan əhalinin demək olar ki, 50 faizinin məşğulluğu aqrar sahədə təmin olunub.

İxtisasca jurnalist olan, lakin torpaqdan ayrıla bilməyən, əkin-biçindən xüsusi zövq alan həmkarımız Mehman Quliyevlə boya-başa çatdığı Artupa kəndində iş başında görüşdük. Təzə əkdiyi çəltik şitilləri suyun içində boy atmış, ətrafı xoş ətir bürümüşdü. 1990-cı illərin əvvəllərindən başlayaraq ailə üzvləri ilə fermer təsərrüfatı yaratdığını, çəltikçiliyin inkişafına ölkə Prezidenti İlham Əliyevin davamlı qayğı göstərildiyini minnətdarlıqla vurğuladı:

– Sevindirici haldır ki, dövlətimizin başçısı əhalinin yerli istehsal hesabına zəruri ərzaq məhsulları ilə təmin olunmasına, xaricdən ərzaq asılılığının aradan qaldırılmasına böyük önəm verir.

Əhalini yerli istehsal hesabına ekoloji cəhətdən təmiz, orqanik düyü məhsulları ilə təmin etmək, emal müəssisələrinin xammal təchizatını yaxşılaşdırmaq, kənd əhalisinin məşğulluq səviyyəsini və rifah halını yaxşılaşdırmaq məqsədilə cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” qəbul olunub.

Dövlət qayğısı sahibkarları və fermerləri daha yaxşı işləməyə və məhsul istehsalını artırmağa ruhlandırıb. Ailə təsərrüfatımız 0,45 hektar sahədə çəltik əkməyə başlayıb. Əkin sahələrini ilbəil genişləndirmişik. Aprel-may aylarında ənənəvi üsulla, yəni şitil yetişdirməklə 1,5 hektar sahədə “ənbərbu”, “haşimi”, “sədri”, “tarım” kimi yüksəkkeyfiyyətli çəltik sortları yetişdirmişik. Bu üsulun üstünlüyü də çoxdur. Səpmə yolu ilə əkin keçirdikdə hektara 150-200 kiloqram, bəzən daha çox toxum sərf olunduğu halda, şitillə əkin zamanı hektara cəmi 50-60 kiloqram toxum bəs edir. Eyni zamanda, aqrotexniki tədbirlərin görülməsi də rahat başa gəlir. Xüsusilə, alaq otları texniki vasitələrlə təmizləndiyindən pestisidlərdən istifadə olunmur. Bu da ekoloji cəhətdən çox əhəmiyyətlidir. Tətbiq etdiyimiz üsulla məhsul tez yetişir, biçin yağışlı havalara düşmür və itkiyə yol verilmir.

Təcrübəli fermer Mehman Quliyev deyir ki, sağlam, keyfiyyətli toxum həm də bol məhsul deməkdir. Əvvəllər toxumu qonşu ölkələrdən alırdıq: “İndi yığdığımız çəltiyin bir hissəsini toxum üçün saxlayırıq. Bu, həm məhsulun keyfiyyətinə, həm də məhsuldarlığa təsir edir. Bölgəmizdə müasir standartlara cavab verən toxumçuluq təsərrüfatının yaradılmasına, fermerlərin sertifikatlı toxumlarla təmin edilməsinə zəruriyyət yaranıb.

Çəltikçilik gəlirli sahədir. Bu il kəndimizdə 100 hektara yaxın çəltik əkilib. Əkin-biçin, məhsul istehsalı cəmi 3 aya başa gəlir. Ata-babalarımız yaxşı deyiblər: “Bir qırxında yaş, bir qırxında baş, bir qırxında aş”. Gördüyünüz kimi, becərmə işləri ilə məşğuluq, bol məhsul gözləyirik. Təxminən 6 tondan çox çəltik yığa bilsək, bütün xərcləri çıxandan sonra 15 min manat xalis gəlirimiz olacaq. Ailə təsərrüfatımızın sutkada 15 tona yaxın emal gücünə malik çəltik dəyirmanı, qurutma sexi də var”.

Çətinliklərimiz də az deyil, - deyə fermer söhbətini davam etdirir. Çəltikçiliyə ayrılmış subsidiyalar vaxtında verilsə, femerlər çəltikəkən aqreqatlar, çəltikdöyən kombaynlar, mineral gübrələrlə təchiz edilsə çəltik sahələri, məhsuldarlıq da artacaq. Açıq deyim, lazımi texnika olmadığından biçin zamanı taxıldöyən kombaynlardan istifadə etməli oluruq. Nəticədə məhsul itkiyə də gedir.

Astara rayonu çəltikçilik sahəsində qabaqcıl təcrübəyə və zəngin ənənələrə malikdir. Çəltikçiliyin inkişafı haqqında Dövlət Proqramının icrası sayəsində 2019-cu ildən başlayaraq çəltik əkinləri artırılıb. Keçən il 298 hektar sahədə məhsul becərilib. Şəxsi və fermer təsərrüfatlarında 1225 ton çəltik yığılıb. Hektarın məhsuldarlığı 41 sentner olub.

Təcrübəli kənd təsərrüfatı işçisi, Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov çəltikçilik sahəsində görülmüş işlər, mövcud problemlər haqqında fikirlərini bizimlə bölüşdü:

– Astarada çəltikçilik kəndlinin ruzi, qazanc mənbəyi sayılır. Sadə, zəhmətkeş kənd camaatı çəltik becərməklə ailəsini dolandırır. “Muğan düyü” MMC, “İmanna” MMC və digər iri kənd təsərrüfatı müəssisələri ilə yanaşı, Ərçivan qəsəbə, Kakalos, Pensər, Şiyəkəran, Bala Şahağacı, Artupa və digər kəndlərdə ailə təsərrüfatları çəltikçiliklə məşğul olur. Bu ilin aprel ayından başlayaraq 248,5 hektar sahədə çəltik əkilib. Əkinlərin 129 hektarı şitiləkən aqreqatlarla, 119,5 hektarı səpmə üsulu ilə aparılıb. Fermerlər yerli sortlarla yanaşı, Pakistandan gətirilmiş məhsuldar sortlara da üstünlük veriblər. Suvarma gecikməsəydi, bu il əkin sahələrini xeyli artıra bilərdik.

Çəltik suda yetişdiyindən yay aylarında suya tələbat çoxalır. Lovayın su anbarı, Pensərçay, Astaraçay və Lənkəran rayonunudakı Xanbulançay dəryaçasının köməyilə çəltik plantasiyaları əkin suyu ilə təmin olunur.

Məhsulun becərmə mərhələsində gübrələrə böyük ehtiyac yaranır, - deyə Etibar Abbasov söhbətini davam etdirir. Açıq deyim ki təminat qənaətləndirici deyil. Çəltikçilərin həmçinin, DT-75 və K-4 markalı traktorlara, sertifikatlı, yüksək məhsuldarlığa malik toxumlara, çəltikdöyən kombaynlara ehtiyacları var. Yanacağın qiymətləri, digər xərclər artdığından çəltikçiliyə ayrılan subsidiyanın əmsalı da dəyişilməlidir. Fermerlərin müasir texnika və avadanlıqlara əlçatanlığı təmin olunsa, rayonda çəltik əkinlərini 1 min hektara çatdırmaq mümkündür.

Son illər istehsal olunan çəltiyin müasir standartlara uyğun emalı, çeşidlənməsi və qablaşdırılması məqsədilə rayonun ayrı-ayrı ərazilərində istehsal gücü 40 və 14 ton olan zavodlar, 3 düyü dəyirmanı tikilib istifadəyə verilib.

Hazır məhsul əvvəllər Rusiya, Belarus, Ukrayna və digər xarici ölkə bazarlarına yola salınırdı. Son illər ekoloji cəhətdən təmiz, ətirli, keyfiyyətli Astara düyüsü daha çox respublika daxilində satılır. Məhsulun satışı ilə bağlı problemlər hələ qalmaqdadır. Rayonda çəltikçiliklə məşğul olan iri kənd təsərrüfatı müəssisələri Bakı şəhərində ticarət mərkəzləri ilə vaxtında müqavilə bağlayıb məhsullarını sərfəli qiymətlərlə paytaxt alıcılarına çatdıra bilərlər. Məhsulun satışında fermerlərin dövlət dəstəyinə ehtiyacı var.

Qeyd edək ki, çəltikçilik kənd təsərrüfatının digər sahələrinin inkişafına da müsbət təsir göstərir. Biçilmiş çəltik zəmiləri, eyni zamanda, çəltiyin küləşi, kəpəyi, istehsal prosesində alınan düyü xırdası heyvandarlıq, quşçuluq, balıqçılıq və digər sahələr üçün qiymətli yem bazasıdır. Bu isə ət, balıq və digər ərzaq məhsulları istehsalının artırılmasında mühüm rol oynayır.

Astaranın əməkçi insanları, fermerləri və sahibkarları Prezident İlham Əliyevin aqrar sahədə müəyyənləşdirdiyi strateji hədəflərin həyata keçirilməsində fəal iştirak etmək, çəltik istehsalını artırmaq, ölkəmizin ərzaq təhlükəsizliyinə yeni töhfələr vermək əzmindədirlər.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Astara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyun 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see332

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see275

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see240

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see236

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see230

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see229

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see225

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see220

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see220

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see216

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see211

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see208

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see200

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see195

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see195

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see195

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see193

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see189

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see183

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri