Astara gömrüyündə bibər yükünün içindən 25 kq narkotik çıxdı Video
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Astara gömrüyündə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Yeniavaz.com DGK-nın yaydığı məlumata istinadla xəbər verir ki, “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “bibər” yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.
“Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən dördbucaqlı formalı 55 ədəd bağlamada xalis təmiz çəkisi 25 kiloqram 75 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:Astara gömrüyündə qarpızın içindən 63 kq narkotik çıxdı
03 May 2025 10:26
Alma yükünün içindən narkotik çıxdı
03 Dekabr 2024 11:59
İrandan Rusiyaya aparılan qarpızın içindən narkotik çıxdı VİDEO
01 Yanvar 2026 12:26
İrandan Rusiyaya aparılan soğanın içindən narkotik çıxdı VİDEO
04 Sentyabr 2026 10:24
Yağ yükünün içindən 83 min dərman və tibbi vasitələr çıxdı Video
21 Dekabr 2025 14:14
Baxış sayı:190
Bu xəbər 11 Avqust 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















