Icma.az
close
up
RU
Astarada bələdiyyə fevraldan bu yana iclas keçirmir, qanun isə deyir ki...

Astarada bələdiyyə fevraldan bu yana iclas keçirmir, qanun isə deyir ki...

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycanda bir müddət əvvəl bələdiyyələr birləşdirilərək, sayları kəskin azaldılaraq, ümumilikdə 685-ə endirilsə də, keyfiyyətdə heç bir dəyişiklik nəzərə çarpmır. Ölkədə bələdiyyə institutunun effektiv fəaliyyət göstərmədiyini birmənalı söyləmək olar.

Bizimyol.info xəbər verir ki, ölkə üzrə 685 bələdiyyədən yalınız 32-si 6 aylıq fəaliyyətilə bağlı hesabat yayıb. Bu isə təxminən 5 faiz deməkdir.

Müşahidələr göstərir ki, bələdiyyələrin bir çoxu heç öz iclaslarını belə keçirmirlər. Halbuki, onların ayda bir dəfədən az olmayaraq, iclas keçirmək, müəyyən məsələləri orada müzakirə etmək, tədbirlər görmək, qərarlar qəbul etmək öhdəlikləri var.

Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair kollegial qaydada, bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.

Astara rayonunun Siyaku kənd bələdiyyəsinin iclasları nəinki ayda bir dəfə, fevraldan bu yana keçirilmir. Bunu bələdiyyənin üzvü Rüfət Əliyev də təsdiqləyib.

Qeyd edək ki, Siyaku kənd bələdiyyəsinin sədri Ramin Dədəyevdir.

“Faktiki bu bələdiyyənin heç bir fəaliyyəti yoxdur. Deyilənə görə, Ramin Dədəyev də Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə yaxındır. Ona güvənir. Bu kəndin nə icra nümayəndəsi qanunları sayır, nə də bələdiyyəsi. Hamısı da icra hakimiyyətindən qaynaqlanır”, - kənd sakinləri gileylənir.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Avqust 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see142

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri