Icma.az
close
up
RU
Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Astara rayonunda "Konstitusiya və Suverenlik İli" elan edilməsinə həsr olunmuş "Astara Eko Festivalı" təşkil olunub. SİA-nın verdiyi məlumata görə, tədbir Dövlət Turizm Agentliyi, Lənkəran Regional Turizm İdarəsi, Lerik Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və özəl sahibkarlıq subyektlərinin birgə tərəfdaşlığı ilə Dənizkənarı Park Bulvarda həyata keçirilib.

Məqsəd yerli turizm məhsullarının tanıdılması ilə yanaşı, bölgə turizmində mövsümülük amilini aradan qaldırmaq, kənd turizminə dəstək olmaq, yerli adət ənənələrini və mədəni irsi təşviq etmək, eyni zamanda ekoturizm və aqroturizm ehtiyatlarının təşviqi, yerli fermerlərin turizm sahəsində inkişaflarına töhfə verməkdir.

Bildirilib ki, 30-dan çox yerli istehsalçının və turizm sənayesi nümayəndələrinin qatıldığı festivalda biomüxtəliflik, aqroturizm, qastronomiya üzrə müxtəlif təqdimalar və sərgilər təşkil olunub, yerli istehsalçılar və fermerlərin hazırladığı məhsulların satış yarmarkası, həmçinin dequstasiya və ustad təqdimatları keçirilib, yerli idmançıların çıxışları nümayiş olunub. Eyni zamanda yerli fəal gənclər innovativ təqdimatlar ediblər.

Tədbirdə ziyarətçilərə cənub bölgəsinin turizm məhsulları eləcə də təbiəti, mədəniyyəti və tarixi ilə yaxından tanış olmaq imkanı yaradılıb.

Festival tanınmış musiqi qruplarının ifası ilə davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Noyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri