Astarada nənəsi ilə qalan yeniyetmənin asılmış meyiti tapıldı
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Astarada axtarılan yeniyetmənin meyiti tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində baş verib. Kənd sakini 2010-cu il təvəllüdlü Namiq Şamil oğlu Həsənov ötən gecədən qohumları tərəfindən axtarılıb. Nənəsi ilə qalan Namiqin meyiti bu gün qaldığı evin həyətində asılmış vəziyyətdə tapılıb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

