Astarada Niva ilə toqquşan Mercedes in sürücüsü öldü İki yaralı var
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Astarada yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Astara rayonunun Təngərüd kəndi ərazisində qeydə alınıb.
Astara sakini 1992-ci il təvəllüdlü Cəsarət Əliyevin idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsi rayon sakini 1965-ci il təvəllüdlü Kamran Məmmədovun idarə etdiyi "Mercedes-190" markalı maşınla toqquşub.
Qəza nəticəsində K.Məmmədov hadisə yerində ölüb. "Niva"nın sürücüsü və maşında olan Astara sakini 1991-ci il təvəllüdlü Fail Qüdrətov xəsarətlə Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Müayinədən sonra onlar Lənkəran rayon mərkəzi xəstəxanasına təxliyə edilib.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır./unikal
Bu mövzuda digər xəbərlər:“Tank”la toqquşan “Niva”nın sürücüsü və sərnişini öldü VİDEO
01 Oktyabr 2025 21:00
Astarada DƏHŞƏT: İki azyaşlı evdə yanaraq öldü
21 Fevral 2025 00:19
Mercedes kanala aşdı: yaralı var
11 Yanvar 2025 18:24
Ağdamda “Mercedes”lə toqquşan “VAZ” iki hissəyə bölündü VİDEO
01 Sentyabr 2025 17:17
Biləsuvarda Mercedes in vurduğu piyada öldü
02 Avqust 2025 21:27
Baxış sayı:79
Bu xəbər 12 Noyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















