Astarada yağış suları, ucqar dağ kənd yollarına zərər verib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yağış, Astarada fəsadlar törədib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, ötən gecədən cənub bölgəsində başlayan intensiv yağışlar Astara rayonunun ucqar dağ kənd yollarında sel daşqınlarına səbəb olub.
Leysan xarakterli yağış rayonunun əsasən dağ kəndləri olan Ojəkəran və Tüləgivan kəndlərində müşahidə olunub. Sözügedən kəndlərdə dağlardan gələn sel suları kənd yollarını yuyub aparıb.
Kənd sakinlərinin verdiyi xəbərə görə, hazırda kəndlərdə yağıntılı hava şəraiti davam edir. Leysan xarakterli yağış qismən səngiyib.
Qeyd edək ki, cənub bölgəsində yağıntılı hava şəraiti bu saatlarda da davam edir.
Bu mövzuda digər xəbərlər:Sel suları Astarada kəndlərin yolunu yudu
21 Sentyabr 2025 18:33
Astarada dağ uçdu, yol bağlandı VİDEO
07 May 2025 14:53
Astarada güclü yağış Sakinlər təxliyə edildi Video
27 Sentyabr 2025 15:26
Astarada yağan leysan yağış fəsadlar YARATDI VİDEO
27 Sentyabr 2025 19:56
Astarada bıçaqlanma hadisəsi baş verib
19 Noyabr 2024 17:01
Baxış sayı:62
Bu xəbər 21 Sentyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















