Astarada yeniyetmənin meyiti tapılıb
Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
Astarada axtarılan yeniyetmənin meyiti tapılıb.
Xalqcebhesi.az-ın verdiyi xəbərə görə, hadisə rayonun Şahağacı kəndində baş verib. Kənd sakini 2010-cu il təvəllüdlü Namiq Şamil oğlu Həsənov ötən gecədən qohumları tərəfindən axtarılıb. Nənəsi ilə qalan Namiqin meyiti bu gün qaldığı evin həyətində asılmış vəziyyətdə tapılıb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.




