Icma.az
close
up
RU
“Aston Villa” Semih üçün 15 milyon avro təklif etmişdi”

“Aston Villa” Semih üçün 15 milyon avro təklif etmişdi”

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Hasan Aratın istefasından sonra “Beşiktaş”ın prezidenti vəzifəsinə keçən və dekabrın 29-da keçiriləcək növbədənkənar seçkidə Sərdar Adalı ilə yarışmağa hazırlaşan Hüseyn Yücəl komanda, eləcə də ayrı-ayrı oyunçular ilə bağlı diqqətçəkən açıqlamalar verib:

“Aston Villa” yayda Semih Kılıçsoy üçün 12 milyon avro təklif etdi. Sonra təklifi 15 milyon avroya qədər yüksəltdilər. Həm bu məbləği ödəyəcəkdilər, həm də Semih bizdə bir il icarədə oynayandan sonra İngiltərəyə yollanacaqdı. Üstəlik bizə Dieqo Karlos – Aleks Moreno ikilisindən birini təklif etdilər. Təbii ki, mən təklifi qəbul etdim. Amma Hasan Aratı heç cür yola gətirə bilmədim. 15 milyon avronun Semih üçün çox az olduğunu dedi. Məncə, səhvə yol verdi, qəbul etməliydi. Bəziləri deyir ki, nə üçün futbolçuları cəzalandırmırıq və əsas komandadan kənarlaşdırmırıq? Axı futbolçunu əsas heyətdən kənarlaşdırmaq komandanın özü üçün intihardı. Oyunçunun nə vecinə? Bu durum onun ürəyincədi. Çünki heç nə etmədən pulunu almaqda davam edir. Üstəlik belə futbolçulara başqa klublar da maraq göstərmir. Sonra da gəlib “məni qovmaq istəyirsənsə, pulumu sona qədər ver, çıxım gedim” deyir. Joao Marionun adı ortaya atılanda düşünürdüm ki, bu futbolçu ilə ciddi maraqlanmırıq. Amma sən demə, maraqlanırmışıq. Onunla bağlı skautların raportları bəyənilməmişdi. Amma məni razı salmaq üçün məndən gizli onunla Van Bronkhorstu görüntülü danışdırdılar. Son sözü Hasan Arat söylədi. Mən sona qədər də bu transferə qarşı çıxdım. Yeri gəlmişkən, artıq onun müqaviləsindəki maddə də qüvvəyə minib. Müəyyən sayda oyun keçirdiyi üçün yayda 2 milyon avro ödəyərək Marionu daimi əsasda transfer etməli olacağıq. Artur Masuakunun bəzi hərəkətləri heç xoşuma gəlmədi. Maaşların bir qədər gecikdiyi dönəmdə bizim qarşımıza şərt qoyan yeganə futbolçu oldu. Onunla bu barədə söhbətim olacaq. Avqustdan bəri maaşlar da, mükafatlar da vaxtında ödənilirdi. Halbuki bəzi klublar hətta ötən mövsümdəki mükafatları da hələ ödəməyib. Kiçik bir gecikmə olan kimi kluba hədə-qorxu gəlmək düzgün deyil. Biz Cenk Tosuna yeni müqavilə təklif etmədik. O da təbii ki, futbolsuz, pulsuz qalmamaq üçün “Fənərbaxça”nın təklifini qəbul etdi. “Beşiktaş”ın daha da çətin duruma düşməsinin qarşısını alanlardan biri mənəm. 1 il öncə bu vəzifəyə gəldiyimiz zaman büdcədə yalnız 90 milyon lirə var idi. Dərhal dekabrın maaşlarını ödədik. Yanvardan etibarən heç bir gəlirimiz olmayıb! Yalnız xərclərimiz olub. Yəni 11-12 ay boyunca öz cibimdən büdcəyə lazım olan qədər pul koçürmüşəm. Rafa Silva, Paulista, İmmobilenin imza parasını öz cibimdən ödədim. Bu pulları “Beşiktaş”a bağışlayıram. Fikrət Orman “bu rəhbərlik Hüseyn Yücəlsiz heç 5 ay da tab gətirə bilməzdi” dedi. Onun sözləri ilə tamə razıyam. Nəinki 5, heç 3 ayı da görə bilməzdilər. Fikrət Orman məndən daha ağıllıymış. Bunu görə bilməmişdim. Mən Hasan Aratın rəhbərliyinə, sadəcə, transferlərdə müəyyən dəstək göstərmək üçün daxil olmuşdum. Amma klubun içi ilə tanışlıqdan sonra quyunun dibində olduğumuzu gördüm! “Beşiktaş”ın öndə gələn isimlərindən, təxminən 40-50 nəfərin hərəsindən 2 milyon avro istəyəcəm. Sonra bunu 36 ay ərzində qaytarmağa çalışacam. Faizini istəyən olsa, öz cibimdən verəcəm. Hər halda, 2 milyon avro verməyə razı olarlar. Demirəm ki, bu pulu kluba bağışlasınıar. Komandanın yaşaması üçün bu pullara ehtiyac var. Hər birinin borcunun qaytarılacağına şəxsən özüm zəmanət verəcəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Dekabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri