Icma.az
close
up
RU
Astrofizik alimin adı kosmosda əbədiləşdirilib

Astrofizik alimin adı kosmosda əbədiləşdirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 12 avqust, AZƏRTAC

Beynəlxalq Astronomiya İttifaqının (BAİ) qərarına əsasən kiçik planetlərdən birinə məşhur astrofizik alim, fizika-riyaziyyat elmləri namizədi Faiq Musayevin adı verilib.

Beynəlxalq Astronomiya İttifaqından AZƏRTAC-a bildirilib ki, kataloq nömrəsi 553035 olan asteroid 2011-ci il yanvarın 10-da Timur Kryaçko və Boris Satovski tərəfindən Zelençuk stansiyasında kəşf edilib. Hərəkət zonası Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağı olan bu kiçik planet cari ilin birinci rübünədək şərti olaraq 2011 AM34 adlandırılıb.

Faiq Adil oğlu Musayev 19 avqust 1959-cu ildə Azərbaycan Respublikasının Quba rayonunda anadan olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib və gənc mütəxəssis kimi Kosmik Tədqiqatlar İnstitutunda əmək fəaliyyətinə başlayıb.

1982-ci ildən Şamaxı Astrofizika Rəsədxanasında elmi işçi vəzifəsinə işə qəbul edilib. Burada uzun illər boyunca elmi fəaliyyətlə məşğul olmuş alim 1992-ci ildə dünyanın ən məşhur astrofizika mərkəzlərindən biri olan Rusiya Elmlər Akademiyasının Xüsusi Astrofizika Rəsədxanasında dissertasiya işini uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.

1995-ci ildən öz xahişi ilə Şamaxı Astrofizika Rəsədxanasından işdən çıxıb və həmin ildən Xüsusi Astrofizika Rəsədxanasında elmi fəaliyyətini davam etdirib. Faiq Musayev orada fəaliyyət göstərdiyi müddət ərzində teleskoplar üçün spesifik elektron işıqqəbuledicilərinin yığılması ilə bağlı böyük təcrübə qazanıb, optik cihazların yığılmasında yüksək kvalifikasiyalı eksperimentator-spektroskopist kimi özünü təsdiq edib. Onun Rusiya, Polşa, Bolqarıstan və Türkiyə kimi ölkələrin rəsədxanalarındakı teleskoplar üçün yığdığı cihazlar böyük müvəffəqiyyətlə sınaqdan keçib və özünü doğruldub. Alimin hazırladığı cihazlarda alınmış yüksəkkeyfiyyətli müşahidə materialları əsasında müxtəlif müəlliflər tərəfindən maraqlı nəticələr alınıb.

Qeyd edək ki, Faiq Musayevin Şamaxı Astrofizika Rəsədxanası ilə Xüsusi Astrofizika Rəsədxanası arasında əlaqələrin genişləndirilməsində, Rəsədxana teleskoplarında qurulan optik cihazların hazırlanmasında da xüsusi xidmətləri olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see301

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see296

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see248

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see243

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see240

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see238

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see234

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see233

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see226

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see224

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see219

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see214

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see210

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see205

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see201

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see198

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see195

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see192

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see186

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri