Icma.az
close
up
RU
Astrologiyada NADİR hadisə İnsanların taleyini dəyişəcək GÜN

Astrologiyada NADİR hadisə İnsanların taleyini dəyişəcək GÜN

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün astrologiyada ilin ən diqqətçəkən səma hadisələrindən biri hesab edilən Venera-Yupiter qovuşumu baş verir.

Moderator.az xəbər verir ki, astroloqlar bu hadisəni sevgi, maliyyə, şans və şəxsi inkişaf sahələrində müsbət enerjinin güclənməsi ilə əlaqələndirirlər.

Qovuşum iki planetin Yer kürəsindən baxdıqda səmada bir-birinə çox yaxın görünməsi zamanı baş verir. Bu dəfə Venera və Yupiter eyni nöqtədə birləşərək astrologiyada xüsusi əhəmiyyət daşıyan konfiqurasiya yaradır. Astrologiyada Venera sevgi, münasibətlər, gözəllik və maddi dəyərlərin, Yupiter isə bolluq, uğur, inkişaf və yeni imkanların simvolu hesab olunur. Məhz buna görə də bu iki planetin qovuşumu ən müsbət astroloji hadisələrdən biri kimi qiymətləndirilir.

İnanclara görə, bu dövrdə yeni münasibətlər qurmaq, mövcud əlaqələri möhkəmləndirmək, yaradıcılıq layihələrinə başlamaq və maliyyə ilə bağlı qərarlar vermək üçün əlverişli enerji formalaşır. Astroloqlar hesab edirlər ki, insanlar bu günlərdə daha optimist, ünsiyyətcil və gələcəyə ümidlə yanaşmağa meylli olurlar. Bununla yanaşı, bəzi astrologlar xəbərdarlıq edirlər ki, Yupiterin təsiri həddindən artıq nikbinlik də yarada bilər. Bu səbəbdən emosional və maliyyə qərarları qəbul edilərkən reallıq hissini itirməmək tövsiyə olunur.

Qeyd edək ki, astronomiya baxımından Venera-Yupiter qovuşumu planetlərin həqiqətən bir-birinə yaxınlaşması demək deyil. Bu, Yer kürəsindən müşahidə zamanı yaranan vizual effektdir. Astrologiyada isə belə hadisələr insanların həyatına və emosional vəziyyətinə təsir göstərən simvolik hadisələr kimi şərh olunur.

Bu nadir hadisə ilə bağlı Musavat.com-a danışan astroloq Tünzalə Rafiqqızı bildirib ki, iki uğurlu planetin qovuşumu iyunun 9-da dəqiq fazaya çatsa da, onun təsirləri artıq iyunun 7-dən hiss olunmağa başlayıb və 12-dək davam edəcək: “İnsanların həyatında xoş dəyişikliklər baş verə bilər. Pul qazanmaq imkanları yaranır, yeni müqavilələr imzalamaq, mühüm layihələrə başlamaq və hətta evlilik qərarı vermək üçün münasib dövr hesab olunur. Venera və Yupiterin qovuşumu sevgi, bolluq, şans, fürsətlər və inkişafı təmsil edən güclü enerjiləri bir araya gətirir. Münasibətlərdə yeni başlanğıclar, maliyyə məsələlərində yeni imkanlar, gözlənilməz xoş hadisələr, ümid və nikbinliyin artması bu dövrün əsas xüsusiyyətləridir”.

Astroloqların "ilin ən uğurlu günlərindən biri" adlandırdıqları Venera-Yupiter qovuşumu Bakı vaxtı ilə iyunun 9-da saat 16:35-də dəqiq fazaya çatır. Səma həvəskarları isə bu maraqlı hadisəni gün batandan sonra qərb üfüqündə müşahidə edə biləcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 İyun 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri