Icma.az
close
up
RU
ASUS Zenbook S 14: zərif dizaynda süni intellekt FOTO

ASUS Zenbook S 14: zərif dizaynda süni intellekt FOTO

Icma.az bildirir, Milli.az portalına istinadən.

Texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə, ASUS-un Zenbook S 14 UX5406SA modeli qarşımıza gələcəyin təcəssümü kimi çıxır. Bu noutbuk sadəcə bir cihaz deyil, süni intellektin gücünü incə dizayn və qabaqcıl texnologiyalarla birləşdirən intellektual tərəfdaşınızdır. İndi süni intellektin standart hal aldığı dünyada, bu cihaz sizə məhsuldarlıq və estetikadakı yeni səviyyəni təqdim edir.

ASUS Zenbook S 14 UX5406SA - yüksək məhsuldarlıq, mobil istifadə və süni intellekt imkanlarını axtaranlar üçün qabaqcıl bir noutbukdur. Bu cihaz müasir texnologiyaları, zərif dizaynı və innovativ həlləri birləşdirir və həm peşəkarlar, həm də vaxtla ayaqlaşmaq istəyənlər üçün idealdır. Gəlin, Zenbook S 14-ün əsas üstünlüklərini nəzərdən keçirək və ASUS ultrabukları arasında nə ilə fərqləndiyini öyrənək.

Gündəlik hərəkətlilik üçün ideal yoldaş

ASUS Zenbook S 14, Zenbook seriyasının ən nazik və yüngül modellərindən biridir. Yalnız 1,2 kq çəkiyə və 1,1 sm qalınlığa malik bu ultrabuk, daim hərəkətdə olan insanlar üçün idealdır. Kompakt dizaynı sayəsində o, asanlıqla çantaya yerləşir və səfərlər, işgüzar görüşlər və gündəlik istifadə üçün əla seçimdir.

Alümo-oksid keramika (Ceraluminum™) ilə işlənmiş zərif korpus yalnız cihazın estetik görünüşünü təmin etmir, həm də onu cızıqlardan və barmaq izlərindən qoruyur. Dayanıqlı, çirklənməyə davamlı və təmizlənməsi asan olan bu örtük Zenbook S 14-ü həm praktik, həm də zövqlü bir seçimə çevirir.

Ağıllı köməkçi: süni intellektin üstünlükləri

Zenbook S 14 yalnız bir noutbuk deyil, həm də süni intellekt dəstəyi ilə təchiz olunmuş Copilot+ PC standartına uyğun gələn tam bir cihazdır. Bu cihaz ən yeni ikinci nəsil Intel Core Ultra 7 prosessoru ilə təchiz olunub, üç süni intellekt sürətləndiricisinə malikdir və saniyədə 120 trilyon əməliyyat (TOPS) yerinə yetirə bilir. Bu səviyyədəki məhsuldarlıq cihazın süni intellekt tapşırıqlarını dərhal emal etməsinə, iş sürətini artırmasına və enerji sərfiyyatını optimallaşdırmasına imkan verir.

Süni intellekt əsaslı əsas funksiyalar:

Copilot+: suallara cavab verəcək, lazımi məlumatları tapacaq və yaradıcılıq layihələri üçün ilham verəcək rəqəmsal köməkçini sürətli şəkildə çağırır. Təhlükəsizlik və səs keyfiyyəti üçün tətbiqlər: ASUS AiSense və ASUS AI Noise Cancellation video zənglərin dəqiqliyini təmin edir və məxfiliyi qorumaq üçün ağıllı veb-kameranı ştorkalı özəl örtük və səs-küy azaltma sistemi ilə təchiz edir. Windows üçün süni intellekt optimizasiyası: Zenbook S 14 üzərində çalışan Windows 11, Copilot+ imkanlarını dəstəkləyərək Recall axtarışı, oyunlarda super həll və digər süni intellekt əsaslı funksiyaları təmin edir.

Məzmunu gn yaxşı şəkildə təsvir edən qrafika və səs

ASUS Lumina OLED ekranı - Zenbook S 14-ü seçənlərin diqqətini çəkən əsas səbəblərdən biridir. Bu ekran 3K çözünürlük və 120 Hz yenilənmə tezliyinə malikdir, kinematik rəng dəqiqliyi ilə 100% DCI-P3 rəng məkanını əhatə edir. OLED texnologiyası sayəsində ekran mavi işığı 70% azaldır, gözləri qoruyur və uzunmüddətli iş və əyləncə üçün komfortlu şərait yaradır.

ASUS Lumina OLED ekranının üstünlükləri:

Sürətli cavab vaxtı (0,2 ms) və yüksək kontrast dəyəri (1 000 000:1) sayəsində dərin qara rənglər və aydın görüntü. Pantone və TUV Rheinland sertifikatları rəng dəqiqliyini və gözlər üçün təhlükəsizliyi təsdiqləyir. Dörd dinamikli Harman/Kardon audio sistemi səsləndirməni daha dolğun və güclü edir, hər məzmunu təsirli bir təcrübəyə çevirir.

Maksimal avtonomluq və rahat şarj imkanları

ASUS Zenbook S 14 ilə şarj haqqında çox düşünməyə ehtiyac yoxdur. Bu cihaz bir dəfə şarj olunduqda 27 saata qədər işləyə bilir və uzun səyahətlər və ya yüklü iş günləri üçün idealdır.

Şarj xüsusiyyətləri:

65 Vt gücündə adapter vasitəsilə sürətli enerji yığma. Mobil enerji batareyasından və ya smartfon şarj cihazından şarj etmək imkanı, bu da cihazın daha çox hərəkətlilik imkanları verir.

ASUS ekosistemi: MyASUS tətbiqi və ASUS hesabı

Zenbook S 14 sahibləri üçün MyASUS tətbiqi vasitəsilə əlavə üstünlüklər də mövcuddur. Bu universal proqram təminatı cihazın parametrlərinə nəzarət etməyə, performansı optimallaşdırmağa və diaqnostikadan keçirməyə kömək edir.

MyASUS tətbiqinin üstünlükləri:

Şarj idarəetməsi: batareyanın ömrünü artırır və onun optimal vəziyyətdə qalmasını təmin edir. Ekran tənzimləmələri: qrafika və multimedia üçün rəng məkanı və yenilənmə tezliyini seçməyə imkan verir. Dəstək və yenilənmələr: MyASUS istifadəçiləri proqram təminatının yenilənmələrini əldə edə bilər ki, bu da cihazın sabit və etibarlı işləməsini təmin edir.

ASUS hesabının qeydiyyatı həmçinin faydalı alətlər və xüsusi təkliflərə çıxışı təmin edir. İstifadəçilər genişləndirilmiş zəmanəti aktivləşdirə, yenilənmələri izləyə və Adobe Acrobat və NordVPN kimi proqramlara endirimlərdən yararlana bilərlər ki, bu da cihazı xüsusilə peşəkar istifadəçilər üçün faydalı edir.

Effektiv soyutma sistemi və yüksək etibarlılıq

Zenbook S 14 kompakt ölçülər və yüksək məhsuldarlığı effektiv soyutma sistemi vasitəsilə birləşdirir. ASUS, prosessorun soyudulması üçün buxar kamerası və qrafit təbəqələrindən istifadə edir ki, bu da cihazı yüksək yüklənmə zamanı belə sərin saxlayır, səviyyəsi isə rahat 25 dB-dən çox olmur.

Bu noutbuk MIL-STD 810H hərbi standartına uyğun testlərdən keçib və bu, onun etibarlılığını və gündəlik istifadə şəraitində uzun ömürlü olmasını təsdiqləyir. Zenbook S 14, ofisdə iş, kafedə iş görüşmələri və ya konfranslarda təqdimatlar kimi şəhər həyatının müxtəlif tələblərinə uyğun olaraq hər cür sınaqdan uğurla çıxır.

Sürətli simsiz imkanlar və mobil dəstək

Zenbook S 14 Wi-Fi 7 dəstəkləyir, bu da əvvəlki nəsillərlə müqayisədə məlumat ötürmə sürətini beş dəfə artırır. Bu, şəbəkə olan hər yerdə effektiv işləməyə imkan verir və cihazın mobil istifadəsini və universallığını artırır.

ASUS Zenbook S 14 (UX5406SA) - süni intellekt dəstəyi ilə təchiz olunmuş yüksək məhsuldarlıq və funksionallığa malik bir noutbuk axtaranlar üçün ideal seçimdir. Bu cihazla gündəlikdən peşəkar tapşırıqlara qədər istənilən işi zövqlə həll edə bilərsiniz, həm də ən qabaqcıl texnologiyalardan və şık dizayndan zövq ala bilərsiniz.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Noyabr 2024 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri