Ata Bakıda evini satmaq istədi, oğlu tərəfindən döyüldü
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda evini satmaq istəyən kişi oğlu tərəfindən döyülüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Elman Ağayev (adı və soyadı şərtidir) işdən evə gələndə eşidib ki, atası yaşadıqları evi satmaq istəyir. O bu barədə atası ilə danışıb və atası faktı təsdiqləyib. Atası bildirib ki, evi satıb İsmayıllı rayonuna köçmək istəyir. Elman atasının bu hərəkətinə etiraz edib və evi satmağa imkan verməyəcəyini bildirib. Nəticədə ata ilə oğul arasında mübahisə başlayıb və Elman atasına yumruq və təpik zərbələri ilə xəsarətlər yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və E.Ağayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə ata və oğul arasında barışıq elan olunub və cinayət işinə xitam verilib.
Baxış sayı:95
Bu xəbər 04 Sentyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















