Icma.az
close
up
RU
Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 28-i günorta saatlarında təcili yardım maşını yaralı 17 yaşlı qızı İrkutsk xəstəxanasının reanimasiya şöbəsinə çatdırıb. Məktəbli qızın bədənində sağ yeri olmayıb. 

Ölkə.az Lent.az-a istinadla xəbər verir ki, tezliklə həkimlər qol və ayaqların çoxsaylı sınıqları diaqnozu qoyublar. Belə təsəvvür yaranıb ki, o, avtomobil qəzasında və ya buzda sürüşərkən belə xəsarətlər ala bilərdi. Amma dəhşətli həqiqət xəstəxanaya yerləşdirildikdən ertəsi gün üzə çıxıb. Məlum olub ki, yeniyetməni bu vəziyyətə öz atası gətirib. Kişi qızını döyüb, sonra onu dördüncü mərtəbənin pəncərəsindən atıb. 

Xatırladaq ki, bədbəxtlik bir müddət əvvəl başqa ölkədən İrkutska köçmüş böyük bir ailədə baş verib. Cütlük bir neçə uşaq böyüdüb (altı və ya yeddi – dəqiq say göstərilməyib). Ata böyük ailəni təmin etmək üçün inşaatçı işləyib.

Məlum olub ki, noyabrın 28-də ailə başçısı 17 yaşlı qızının görünüşünə qəzəblənib. Onun açıq-saçıq paltarı atasının xoşuna gəlməyib. Daha sonra o, yeniyetməyə yumruqları ilə hücum edib. Bəs qızın anası niyə ona mane olmayıb? Məlum olub ki, qadın həmin vaxt evdə olmayıb, kiçik uşaqları ilə xəstəxanada olub.

Pəncərədən atılan qız xəstəxanaya aparılıb. Özünə gələndə o, müstəntiqlərə atasının onunla heyvancasına davrandığını və öldürməyə çalışdığını danışıb. Məlum olub ki, yeniyetmə artıq reanimasiyadan ümumi palataya köçürülüb. Dekabrın 2-nə olan məlumata görə, məktəblinin vəziyyəti stabil qiymətləndirilir.

İrkutsk vilayətinin İstintaq Komitəsi faktla bağlı “Öldürməyə cəhd” maddəsi ilə cinayət işi açıb. Əcnəbi saxlanılaraq dindirilib. Yeri gəlmişkən, o, günahını etiraf etmir. Məhkəmə iki ay müddətinə həbs qətimkan tədbiri seçib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Dekabr 2024 03:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see144

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see138

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see135

Dəyişikliklər bu BÜRCLƏRİN qapısını döyəcək: Həftə sonu şanslı bilet vəd edilənlər kimlərdir?

05 Sentyabr 2025 18:30see130

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see130

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see130

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see129

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see129

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see128

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see125

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see124

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see124

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see123

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see123

2040 cı ilə qədər Orta Dəhliz üzrə konteyner tutumu 865 min TEU ya yüksələcək

05 Sentyabr 2025 17:54see121

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see120

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see120

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see119

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see119

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri