Icma.az
close
up
RU
Ata, oğul və qıza AĞIR CƏZA istənildi Günahları nədir?

Ata, oğul və qıza AĞIR CƏZA istənildi Günahları nədir?

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Bakıda narkotik satışını təşkil edən ailə üzvləri Cəfərov Hümbət, Cəfərov Əli, Cəfərova Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilənlərə cəza istəyib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı çıxışında məhkəmədən Cəfərov Hümbətin 12 il, Cəfərov Əlinin 11 il, Cəfərova Şəlalənin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə tərəfi çıxış üçün vaxt istəyib, növbəti proses 18 dekabra təyin olunub.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən 2024-cü ilin 24 dekabrında  Xətai rayonu ərazisində əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar - 56 yaşlı Hümbət Cəfərov, oğlu 33 yaşlı Əli Cəfərov və qızı 35 yaşlı Şəlalə Cəfərova saxlanılıblar. Qeyd edilib ki, onlara məxsus avtomobildən 14 kiloqramdan artıq heroin, metamfetamin və tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar edilərək götürülüb.

Bildirilib ki, bu şəxslər aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə Astara rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Saxlanılan şəxslər Bakı şəhərində narkotik vasitələrin əsas tədarükçülərindən olublar.

Faktla bağlı cinayət işi başlanılıb, onların hər üçünə qarşı qarşı Cinayət Məcəlləsinin 234.4.1 maddəsi ilə ittiham irəli sürülüb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see171

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see146

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see138

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri