Ata olacaqdı şəhid Əmrə Altıokun evinin önündə Türk bayrağı asıldı
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gürcüstan–Azərbaycan sərhədində hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan Hərbi Aviasiya Texniki kiçik zabit, baş çavuş Əmrə Altıokun (32) ailəsinə acı xəbər verilib.
Azərbaycandan Türkiyəyə uçmaq üçün havaya qalxan “C-130” tipli hərbi yük təyyarəsinin Gürcüstan–Azərbaycan sərhədində qəzaya düşməsi nəticəsində şəhid olan kiçik zabit, baş çavuş Əmrə Altıokun Samsunun Tekkeköy rayonundakı ata evinə gələn hərbi nümayəndəlik, xəbəri anası Gülay Altıoka və atası İsa Altıoka çatdırıb.
Eyni zamanda şəhidin Kayseridə yaşayan və hamilə olduğu bildirilən həyat yoldaşına da məlumat səhiyyə işçilərinin müşayiəti ilə verilib.
Oğullarının şəhadət xəbərini alan Altıok ailəsi dərhal Kayseriyə – gəlinlərinin yanına yola düşüb. Qonşular və qohumlar isə ailənin eyni evdə yaşayan babasına başsağlığı vermək üçün toplaşıblar.
Şəhidin yaşadığı evə və küçəyə Türkiyə bayraqları asılıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 12 Noyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















