Icma.az
close
up
RU
Ata ölübsə, kreditləri kim ödəməlidir?

Ata ölübsə, kreditləri kim ödəməlidir?

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda vəfat etmiş şəxslərin kredit borclarının övladları tərəfindən ödənilməsi ilə bağlı narazılıq və müzakirələr geniş yayılıb. Mövzu xüsusilə bir vətəndaşın dünyasını dəyişmiş atasının kredit borcunu hissə-hissə ödəmək barədə etdiyi təklifdən sonra daha çox diqqət çəkib.

Məsələnin aktuallığını və ictimai marağı nəzərə alaraq, bu mövzunun hüquqi və praktiki tərəflərinə aydınlıq gətirmək istədik.

Şəxs ölübsə, kreditləri kim ödəməlidir?

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis-iqtisadçı Asif İbrahimov mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, vəfat edən şəxsin bank borclarının ödənilməsi Mülki Məcəllə ilə tənzimlənir.

Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bu sahə üzrə prudensial qaydalar mövcuddur:

“Burada beynəlxalq standartların tələbləri ilə sosial ədalət prinsipləri nəzərə alınıb. Vəfat edən şəxsin vərəsəsi mirası qəbul edirsə, avtomatik olaraq borcları da qəbul etmiş sayılır. Qanunvericilikdə miras və borc vahid (kompleks) şəkildə nəzərdə tutulur. Əgər şəxs mirası qəbul etmirsə, borcu da qəbul etmir”.

O qeyd edib ki, bununla yanaşı, sığorta mexanizmi də mövcuddur və həyatla bağlı risklər baş verdikdə, öhdəliklər sığorta tərəfindən qarşılanır.

Asif İbrahimov dünya praktikasından da nümunələrə diqqət çəkib:

“Dünya təcrübəsində də müxtəlif yanaşmalar var. Məsələn, Almaniya praktikasında borcların inventar üzrə ötürülməsi tətbiq olunur: borcun məbləği müəyyənləşdirilir və mirasdan çıxılır. Əgər borc mirasdan çoxdursa, yalnız mirasın dəyəri həddində ödəniş edilir; əksinə, miras artıqdırsa, borc çıxıldıqdan sonra qalan hissə vərəsəyə verilir. Böyük Britaniya təcrübəsində isə borcların prioritet üzrə sinifləndirilməsi aparılır. İlk növbədə dövlətə olan borclar (vergilər və digər öhdəliklər), daha sonra digər borclar, o cümlədən bank öhdəlikləri mirasdan ödənilir.

Ümumilikdə, Azərbaycanda tətbiq olunan mexanizm mülki qanunvericilik çərçivəsində dünya təcrübəsinə uyğun şəkildə formalaşdırılıb”.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Aprel 2026 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri