Icma.az
close
up
RU
Ata onu evə buraxmayan oğlunu döydü Təfərrüat

Ata onu evə buraxmayan oğlunu döydü Təfərrüat

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tovuz rayonunda ata-oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 15-də rayonun kəndlərindən birində baş verib. 
1967-ci il təvəllüdlü Məmməd həmin gün gecə saat 01:00-da yaşadığı evində oğlu Elməddin (adlar şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı onun sifət və bədənin müxtəlif nahiyələrinə dəmir su qabı ilə vurub. 
Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, oğlu Elməddin, gəlini Vüsalə və həyat yoldaşı Sevda ilə birlikdə yaşayır:
“Oğlum Elməddin ilə bir evdə yaşasam da, aramızda bir neçə dəfə mübahisə olub. Lakin bu barədə şikayət etmədim. Yaşadığım ev mənə valideyinlərimdən qalıb. Yaşadığım evdən başqa həyətdə yardımçı tikili var. Həmin yardımçı tikilidə yaşayıram. Yatdığım otaqda istilik sistemi olmadığı üçün soyuq olur. Evdə yatmaq istəsəm də, oğlum mənə həmin evdə yatmağa icazə vermir. Mən də söz-söhbət olmasın deyə həyətdə olan yardımçı tikilidə yaşayıram”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 15-də, gecə saat 1 radələrində oğlu Elməddinin yataq otağından səs gəldiyini eşidib: “Onların yataq otağına getdim. Otağa daxil olan zaman gəlinim ilə azyaşlı nəvəmin ağladığını gördüm. Elməddindən nə baş verdiyini soruşdum. Elməddin otaqdan çıxmağımı dedi. Nəvəmi otaqdan götürərək çıxdım. Üzərindən 5 dəqiqə keçdikdən sonra Elməddinin sözləri mənə pis təsir etdi. Elməddindən nə üçün məni otaqdan qovduğunu soruşdum. O, yenidən mənə kobud cavab verən zaman aramızda mübahisə yarandı. Yaranmış mübahisə zamanı dəmir su qabını götürərək Elməddinin bədəninin müxtəlif nahiyyələrinə vurdum. Elməddin su qabını əlimdən almaq istədi. Orada yerə yıxıldım. Əsəbi halda yerdən duraraq Elməddinin üstünə hücum etdim, dəmir su qabının qulp hissəsini onun bədəninin müxtəlif nahiyyələrinə vurdum Həmin vaxt onun sol qaş nahiyyəsi yerə dəyərək qanadı”.
Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Buna görə də zərərçəkən atasını bağışlayıb, ona qarşı şikayətini geri götürüb. 
Məhkəmə hökm çıxaran zaman bu halları nəzərə alıb. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad olunub. Onun barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Mart 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri