Ata pulu, “henna party” və yenə günahkar elan edilən analar
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Əvvəlcə ən əsas sualdan başlayaq: Tələbə kim hesabına dolanmalıdır?
Xüsusilə xaricdə təhsil alan bir gəncin ailəsinin maddi dəstəyi ilə oxuması nə vaxtdan ayıb, qınanılası hal olub? Ata-ana övladını oxutmaq üçün pul xərcləyirsə, bu, lovğalıq deyil, valideyn məsuliyyətidir. Əksinə, imkan olduğu halda övladını oxutmamaq daha çox tənqid mövzusu olmalıdır.
“Gedib Avropada diplomu hansı yolla alıb, bilinmir” kimi ümumiləşdirici ifadələr isə nəinki ədalətsizdir, həm də minlərlə zəhmətkeş tələbənin əməyini kölgədə qoyur. Bir neçə neqativ nümunəyə görə bütöv bir təbəqəni aşağılamaq ictimai fikir yox, sosial qəzəbdir.
Gələk “xınayaxdı” – “henna party” məsələsinə. Maraqlıdır ki, bu mərasim son illərdə Azərbaycanda yenidən populyarlaşıbsa, bunun əsas səbəbi Türk serialları və Türkiyə mədəni təsiridir. Açıq danışaq ki, bizdə xınayaxdı adəti illərlə demək olar ki, yoxa çıxmışdı. İndi isə geri qayıdıb sadəcə adı dəyişib. Adın ingiliscə və ya türkcə səslənməsi mərasimin mahiyyətini dəyişmir. Bu, nə milli dəyərlərə xəyanətdir, nə də “özünü göstərmək” avtomatikası.
Daha təhlükəli məqam isə yazının sonunda yenə eyni nöqtəyə gəlməyimizdir: “Günah analardadır, düz tərbiyə verməyiblər.”
Nə baş verirsə-versin, sonda anaları günahlandırmaq artıq ictimai vərdişə çevrilib. Qızın geyimi, davranışı, seçimi, hətta toy mərasiminin adı hamısının məsuliyyəti avtomatik olaraq ananın üzərinə yüklənir. Ata bu prosesdə haradadır? Cəmiyyət, mühit, sosial media, televiziya, populyar mədəniyyət hansı rolu oynayır? Yoxsa bütün bu faktorlar bir kənara, təkcə ana cavabdehdir?
Bu yanaşma nə ədalətlidir, nə də sağlam. Çünki belə düşüncə qadını həm övladın davranışına, həm də cəmiyyətin gözləntilərinə görə ikiqat məsuliyyət altında əzir.
Problem “henna party” sözündə deyil, ata pulunda deyil, Avropada oxumaqda da deyil. Problem hər fərqli davranışı lovğalıq, hər yeniliyi əxlaqsızlıq, hər uyğunsuzluğu isə ana tərbiyəsizliyi ilə izah etmək vərdişindədir. Bu vərdiş dəyişmədikcə, mövzu dəyişsə də günahkarlar dəyişməyəcək və nədənsə onlar həmişə analar olacaq.
Leyla Mirzə, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 03 Fevral 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















