Atalanta Nikolo Zanyolo ilə bağlı yekun qərarını verib
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyanın "Atalanta" klubu mövsümün əvvəlində "Qalatasaray"dan icarəyə götürdüyü Nikolo Zanyolo ilə bağlı qərarını verib.
Oxu.Az xəbər verir ki, A Seriyası təmsilçisi 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer hüququna yiyələnəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Atlanta" 6.4 milyon avroya icarəyə götürdüyü italyan futbolçunu birdəfəlik transfer edəcək. Onlar bunun üçün "Qalatasaray"a əlavə 15.5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Nikolo Zanyolo "Atalanta"nın heyətində keçirdiyi 17 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

İtaliya Futbol Federasiyası Nikolo Zanyolo haqqında cinayət işi başladıb
12 Aprel 2025 02:36
Zanyolo Romadan qisasını bu cür aldı
04 Dekabr 2024 10:35
Milan Atalanta ilə üzüzə
06 Dekabr 2024 17:38
“Atalanta” mübarizəni dayandırdı
05 Fevral 2025 02:41
“Atalanta” rekordla liderliyi qorudu!
25 Dekabr 2024 10:03

