Icma.az
close
up
RU
Atalığın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək olar? ŞƏRH

Atalığın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək olar? ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Atalığın müəyyən edilməsi bir çox ailələr üçün həm hüquqi, həm də emosional baxımdan həssas mövzudur.

Bu prosesin hansı qaydada aparılması, tələb olunan sənədlər və sübutlar, eləcə də məhkəmənin hansı hallarda DNA ekspertizasına qərar verdiyi barədə dəqiq məlumata malik olmaq olduqca önəmlidir.

Bəs bu prosesi həyata keçirmək üçün məhkəməyə necə müraciət etmək lazımdır?

Gununsesi.info -ya danışan vəkil Esmira Rzayeva mövzunu belə şərh edib:

“Atalığın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək olar. Əgər əlinizdə qeyd edilən şəxsin sizin və ya övladınızın atası olduğuna dair əsaslı sübutlar varsa (həmin şəxslə olan şəkillər, videogörüntülər vəs.) bu sübutlar mütləq məhkəməyə təqdim edilməlidir. Əgər cavabdeh tərəfindən sizin iddianıza etiraz edilərsə və uşağın atası olması inkar edilərsə, belə olan halda məhkəmə tərəfindən DNA ekspertizasının keçirilməsi qərara alınmalıdır. DNA ekspertizasının nəticəsi iş üzrə ən mötəbər sübut hesab edilir. Praktikada qarşılaşdığımız bəzi hallarda qarşı tərəf qəsdən bu ekspertizada iştirak etməkdən boyun qaçırır. Lakin, belə olan halda məhkəmə sizin xeyrinizə qərar çıxarır.

Atalığın tanınması faktının müəyyən edilməsi üçün 3 şərt mövcud olmalıdır:

Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; Həmin şəxs özünü uşağın atası hesab etməlidir; Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır.

Bu hallar mövcud olduqda atalığın tanınması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək mövcuddur. Bu kimi işlərdə ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlar – şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair məhkəməyə təqdim edilməlidir”.

Vəkil qeyd edib ki, mülki prosessual məcəllənin tələblərinə əsasən, bu kimi işlərdə məhkəməyə iddia ərizəsi ilə yox xüsusi icraat qaydasında ərizə ilə müraciət etmək lazımdır.

“Belə olan halda siz ərizəçi, qarşı tərəfin yerinə çıxış edən şəxs isə maraqlı şəxs qismində çıxış edir. Bu işlər üzrə praktikada tez-tez rast gəlinən problemlərdən biri maraqlı şəxs(lər) tərəfindən barəsində mübahisə edilən şəxsin uşağın atası olmasının inkar edilməsidir. Bu kimi hallarda da adətən məhkəmə tərəfindən məhkəmə tibbi-bioloji ekspertizasının keçirilməsi qərara alınır. Ekspertizanın nəticəsi iş üzrə düzgün qərar qəbul etməkdə vacib rol oynayır.

Bunu da qeyd edək ki, qeyd edilən hər iki halda atalıq müəyyən edildikdən sonra uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Yəni, artıq uşaq rəsmi olaraq şəxsin övladı hesab edilir və onun övladı kimi hüquq və vəzifələrə malik olur”.

Firuzə Mahmudova

Gununsesi.info

Gununsesi.info -ya danışan vəkil Esmira Rzayeva mövzunu belə şərh edib:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Noyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri