Icma.az
close
up
RU
Atam anama dedi ki, əgər orada ölmədimsə, indi ölsəm də heç nə dəyişməz Elçin Şıxlı

Atam anama dedi ki, əgər orada ölmədimsə, indi ölsəm də heç nə dəyişməz Elçin Şıxlı

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Mən Böyük Vətən Müharibəsinin iştirakçısıyam. Çox dəhşətlər, qanlı səhnələr görmüşəm. Müharibələrə, yatırılmış üsyanlara dair çoxlu kitablar oxumuşam. Lakin heç yerdə, heç vaxt bu cür qanlı, vəhşi hərəkətə rast gəlməmişəm. Dinc əhaliyə öz qoşunlarının belə əzazil, vəhşi hücumu heç vaxt olmamışdır. Bütün bu işlərə görə “qanlı perestroykanın” başçısı Qorbaçov, onun əlaltıları cəllad Yazov və Primakov, sapı özümüzdən olan balta, fərari Vəzirov tarix qarşısında, xalq qarşısında, məhkəmə qarşısında cavab verəcəklər”.
Bu sözlər Xalq yazıçısı İsmayıl Şıxlının 1990-cı il yanvarın 24-də Azərbaycan KP MK-nın plenumunda tarixi çıxışındandır. Həmin çıxış bu gün də öz aktuallığını itirməyib. İsmayıl Şıxlının sözləri Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsində hələ də mənalıdır. Tarixi ədalət qarşısında məsuliyyət məsələsi zaman keçdikcə daha da aktuallaşır.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bununla bağlı Demokrat.az-a açıqlamasında deyib ki, həmin günü, o qanlı-qadalı gecədən sonra, ertəsi gün çıxışdan əvvəl yazıçılar Yazıçılar İttifaqı binasına toplaşdılar:
“O zaman məşhur bir aksiya var idi. Partiya biletlərinin yandırılması və partiyadan çıxmaq məsələsi. Birinci o aksiyanın başında gedənlərdən biri İsmayıl Şıxlı idi. Həm də onun bir cümləsi yadımdadır. Həmin gün atam evdən çıxanda çox gərgin vəziyyət idi. Anam ona söylədi ki, “getmə, birdən sənə bir şey olar, vurarlar, öldürərlər”. O isə qayıtdı ki:
“Müharibəni keçdim, dörd il cəbhədə oldum. Əgər orada ölmədimsə, indi ölsəm də heç nə dəyişməz”. Bunu deyib çıxdı. Atam o zamanlar Azərbaycan KP MK-nın plenumuna namizədlərdən biri idi, amma artıq partiya biletini atmışdı - bütün bunlara baxmayaraq, o iclasda o çıxışı etmək naminə ora getdi. Orada Primakov da əyləşmişdi. Atamın sözünü kəsmək istəyəndə atam onun üstünə qışqırıb dedi ki: "Özünü burada rus canişini kimi aparma! Sən də mənim kimi bir partiya üzvüsən, çığırıb-bağırma, mənim sözümü də kəsmə!". Və həmin çıxışını davam etdirdi”.
Elçin Şıxlı bildirib ki, o zamanlar birbaşa həmin adları çəkmək və söyləmək hər adamın nə imkanı, nə də cəsarəti idi:
“Küçədə təbii ki, hamı bilirdi, hamı etiraz edirdi, amma bunu tribunadan Primakovun üzünə söyləmək hər adamın işi deyildi. Atam o zaman Milli Məclisin üzvü idi. Yanvarın 24-dən əvvəl Azərbaycan Milli Məclisinin Bakının bu şəkildə hücuma məruz qalması və komendant saatı elan olunmasının əleyhinə bəyanat imzalanmışdı. Elmira Qafarovanın çıxışı zamanı gecə ilə bir iclas olmuşdu. İclası Bəxtiyar Vahabzadə ilə atam aparmışdılar. Əsasən atam aparmışdı. Təəssüf ki, bütün bunların çoxunun heç bir video çəkilişi və ya arxivi ortalıqda yoxdur. İsmayıl Şıxlı Azərbaycanın müstəqil olması, Rusiyanın ayağı altında əzilməməsi üçün əlindən gələni edən insanlardan biri idi. Təbii ki, əgər daha cavan və xəstə olmasaydı, daha fəal iştirak edərdi. Amma sağlamlığı nə qədər imkan verirdisə, o qədər də çalışırdı”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Yanvar 2026 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri