Atam məni qəbul etmədi, öləndə də danışmadı
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xalq artisti Nürəddin Mehdixanlı şəxsi həyatı, yaşlanmaqla bağlı düşüncələri və ən böyük arzusu haqda danışıb.
Axşam.az xəbər verir ki, aktyor bu haqda “Qonaqcanlı” proqramında söz açıb. O bildirib ki, saçlarının ağarmasını yaşadığı ömrün bir parçası hesab edir:
“Saç ağartmaqdan qorxanlar var, gedib saçlarını qaraldırlar. Bu, mənim keçdiyim ömrümdür, yaşadığım hər günümdür. Yaşadığın həyat izini üzündə, boynunda, saçında qoyur. Əsas odur ki, sən özündən sonra nə qoyub gedəcəksən. Bu gün arzum ailəm, balalarım, nəvələrimlə bağlıdır. Onların əlindən tutub məktəbə aparım, evə gətirim. 70 yaşdan sonra ən böyük arzum budur”.
Aktyor sənət yolunda qarşılaşdığı çətinliklərdən də söz açıb. O, atası tərəfindən qəbul edilmədiyini və onunla barışa bilmədiyini bildirib:
“Səhnəyə tək gəldim. Sonra da atam tərəfindən qəbul olunmadım. Atam dünyasını dəyişdi, amma mənimlə danışmadı. Çalışıram ki, ruhu mənimlə barışsın. Ömrümü boşa yaşamadım. 70 yaşım var, ömrümün 53 ilini sənətdə olmuşam”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 21 Oktyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















