ATAM NƏ DEDİYİNİ BİLMİR... Mehdiyevin oğlu istintaqa nələri açıqladı?
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər.
"AzPolitika" Gununsesi.info-ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəsi bəlli olub.
T.Mehdiyev istintaqa bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkib, onun yaddaş pozğunluğu var.
"Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyini, hansı hərəkət etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur", - deyə oğul Mehdiyev bildirib.
Xatırladaq ki, R.Mehdiyev üç ağır cinayət üzrə ittiham olunur.
O, Cinayət Məcəlləsinin 278.1-ci - dövlət hakimiyyətini qanunsuz yolla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü - dövlətə xəyanət və 193-1.3.2-ci - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, çirkli pulların yuyulması maddələri ilə təqsirləndirilib.
Sabiq PA rəhbəri hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 19 Oktyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















