Icma.az
close
up
RU
Atamın istəyi ilə bakılı qızla evləndim Kişinyakinin Rusiyada yaşayan oğlu ilə MÜSAHİBƏ

Atamın istəyi ilə bakılı qızla evləndim Kişinyakinin Rusiyada yaşayan oğlu ilə MÜSAHİBƏ

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 25-də Aktau şəhərində AZAL-ın qəzaya uğrayan təyyarəsinin mərhum pilotu, Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin oğlu Oleq Kşnyakin Media.az saytına müsahibə verib.
Hazırda Rusiyada yaşayan Oleq Kşnyakin müsahibəsində atası bağlı xatirələrini bölüşüb.
O, atasının üzügülər, mehriban, hər kəsin qəlbində parlaq iz qoyan insan olduğunu deyib.
Bildirib ki, atasının pilot kimi hekayəsi gəncliyində Bakı səmasında uçan təyyarələri seyr etməkdən başlayıb. Bu onun  gələcək taleyini müəyyənləşdirib. Ürəyində pilot olmaq arzusunu göyərdib. 
Oleq Kşinyakin bildirirb ki, atası Bakıdakı 104 nömrəli məktəbdə oxuyub. Onun anası ilə də məhv burrda tanış olub. 
80-ci illərdə isə atası ilk arzusunu reallaşdırıb:  Sasovo Mülki Aviasiya Uçuş Məktəbinə qəbul olunub və  An-2 təyyarəsində ilk dəfə səmaya qalxıb. 
Daha sonra  sevdiyi qadınla ailə qurub. Toydan dərrhal sonra pilot kimi Yevlaxda işə başlayıb. 1984-cü ildə isə o, yəni ilk övladı doğulub.
Oleq Kşnyakin bildirib ki, aviasiya atası üçün sadəcə bir iş yox, bir çağırış olub. Peşəkar olmaq arzusu iıə öncə Buquruslan Mülki Aviasiya Uçuş Məktəbində Yak-40 təyyarəsinin idarəçiliyini öyrənib. Uçuş təcrübəsi ilə paralel Sankt-Peterburq Dövlət Hidrologiya İnstitutunda ali təhsil alıb.
Daha sonra isə fəaliyyətini AZAL Hava Yollarında davam edib və burada təyyarə komandiri vəzifəsinə qədər yüksəlib.
1997-ci ildə onun ikinci övladı -anasının adını daşıyan sevimli qızı Natalya doğulub. Pilot atası kimi o da aviasiyanı özünə məslək seçib. Natalya hazırda  AZAL Lounge-da çalışır və ailə ənənəsini davam etdirir.
2000-ci illərin əvvəllərində isə İqor Kşnyakinin karyerasında daha bir yeni səhifə açılıb. O, Embraer 190 da daxil olmaqla xarici təyyarələrin idarəçiliyini mənimsəmək üçün Fransaya göndərilib. Təəssüf ki, bu təyyarə onun uçuş karyerasında sonuncu olub...
Oğlu bildirib ki, ki, atası həmişə onunla fəxr edib, oğlunun da pilot olmasını arzulayıb:
“Atam öz təcrübəsini mənə ötürdü, həmişə bu peşə haqqında mənə məhəbbətlə danışdı və məni ruhlandırdı”.
Bu səbəbdən o da Milli Aviasiya Akademiyasının uçuş şöbəsinə daxil olub. Hazırda UTAIR aviaşirkətinin mülki aviasiya sistemində çalışır. 
Oleq Kşnyakin onu da qeyd edib ki, o, atasının birr arzusunu da həyata keçirib, bakılı xanımla ailə qururb:
“Atamı mənim Bakılı qızla evlənməyim çox ayrıca xoşbəxt eləyirdi. Xanımım rus əsilli olsa da, Azərbaycan mədəniyyəti mühitində böyüyüb, dili mükəmməl bilir, adət-ənənələrə dəyər verir. Bu gün ailəmizin üçüncü nəsli Azərbaycan adət-ənənələri ruhunda böyüyür. Babalarının yolu ilə getmək arzusunda olan nəvələri aviasiyaya həqiqi maraq göstərirlər”.
O, atası ilə son görüşünü isə belə xatırlayır:
“Onun məni necə qarşıladığını heç vaxt unutmayacağam. Məni möhkəm qucaqladı, mənimlə qürur duyduğunu dedi.  Onunla bağlı xatirələr, birgə səyahətlərimiz yadıma düşür. Bir yerdə balığa gedirdik. Piknik eləməyimiz xoşbəxt uşaqlığımın bir parçasıdır. Onunla bağlı xoş xatirələr, anılar ürəyimdə əbədi qalacaq.
Atamın müdrik məsləhətləri, düzgün tövsiyələroi mənim yol göstərən ulduzum oldu. O, son əməlləri, cəsur davranışı ilə əsl qəhrəman, əsl Azərbaycan oğlu adını təsdiqlədi”.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Dekabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri