Icma.az
close
up
RU
“Atamın müqaviləsinə müddəti başa çatmamış xitam verildi” Video

“Atamın müqaviləsinə müddəti başa çatmamış xitam verildi” Video

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkimin əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyi iddia olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə həkimin oğlu, poliqlot Aslan Məmmədzadə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, atası Etibar Məmmədov Lənkəran səhiyyəsində 40 il fəaliyyət göstərib: “İki il əvvəl atamın 65 yaşı tamam olur, təqaüdə çıxdığı zaman Mərkəzi Xəstəxananın baş həkimi atamla əlaqə saxlayır və bildirir ki, “doktor, bizdə kadr çatışmazlığı var. Siz də uyğun bilirsinizsə, qalıb fəaliyyətinizi davam etdirə bilərsiniz”. Sağ olsun, atamın fəaliyyətini yüksək qiymətləndirir.

Atam da bu təklifi qəbul edir və müqavilə əsasında öz fəaliyyətinə davam edir. İki il ərzində Mərkəzi Xəstəxanada rəhbərlik dəyişilir və İnsan Resursları şöbəsinin müdiri Elbəy Fətəliyev atamla əlaqə saxlayır. Deyir ki, “doktor, artıq qaydalar dəyişib. Əgər fəaliyyətinizi davam etdirmək istəyirsinizsə, mənim dediyim qaydalarla addımlamaq lazımdır” və bununla da atamın qarşısına müəyyən şərtlər qoyur.

Atam bu şərtləri qəbul etməyincə, Elbəy Fətəliyev altdan-altdan öz işini görür, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir, baş həkimə yalan məlumatlar ötürür və atamın müqaviləsinin bitməsinə 6 ay qalmış xitam verir”.

A.Məmmədzadə həmçinin müqaviləyə xitam verilərkən Əmək Məcəlləsinin tələblərinə əməl olunmadığını iddia edib: “Yanlış maddə ilə atamı işdən çıxarır, həkimi manipulyasiya edir, psixoloji təzyiq göstərir, heç bir prosedura riayət etmir. Qeyri-etik davranaraq bu prosesləri tamamlayır. Sözün düzü, söhbət mənim atamdan və ya hər hansı bir həkimin əmək müqaviləsindən getmir. Həkimin müqaviləsini dayandırmaq da normaldır, yəni qanun çərçivəsində ona xitam vermək də normaldır. Amma bunu niyə etmək? Hansı səbəbdən etmək? Hansı şərtlər altında etmək çox-çox vacibdir.

Düşünürəm ki, Elbəy Fətəliyevin bu addımı bütün həkimlərə karşı, həkimlik peşəsinə qarşı çox böyük hörmətsizlikdir. Həqiqətən mənə çox maraqlıdır ki, 40 ilini səhiyyə sahəsinə fəda verən bir həkimə qarşı Elbəy Fətəliyev bu cür davranırsa, o zaman o, yeni həkimlərə qarşı necə davranır, həqiqətən mən anlaya bilmirəm”.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, Aslan Məmmədzadə TƏBİB-ə dəvət olunub və müraciəti dinlənilib: “Lənkəran Rayon Mərkəzi Xəstəxanasında çalışan, pensiya yaşına çatmış 67 yaşlı həkim-otorinolarinqoloq Etibar Məmmədovun əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin və müqavilənin tələblərinə uyğunluğu yoxlanılacaq və nəticə barədə məlumat veriləcək”.

Lamiyə Məmmədova 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Sentyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri