Icma.az
close
up
RU
“Atamın qızıllarını Sevda verib Günaya” 186 minlik ZƏRGƏRLİK İŞİ

“Atamın qızıllarını Sevda verib Günaya” 186 minlik ZƏRGƏRLİK İŞİ

Icma.az bildirir, Lent az portalına istinadən.

Qızıl alverçilərinin külli miqdarda qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxs Günay Həziyevanın növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

İlk olaraq şahid Taleh Babayev ifadə verərək bildirib ki, atası Sevda xanımla ortaq qızıl alveri edib: "Atama aid olan qızılları Sevda xanım vermişdi Günaya. O da pulu vermirdi. Sonra Sevda xanımdan qızılımızı tələb etdik. Günay xanımla bir dəfə şəhərdə görüşmüşük. Orda dedi hər ay 500-1000 manat ödəniş olunacaq. Ümumi borc məbləği 186 min manat idi. Onun 30 min manatı bizə çatmalıydı. Biz Sevda xanımla ortaq idik. Pulla bağlı Günay xanımın xalasıgilə getdik, orada mübahisə yarandı, onlar polisə müraciət elədilər. Bizim Mərkəzi Univermaqda qızıl piştaxtamız olub. Atam xəstələndikdən sonra həmin biznesi mən davam etdirdim".

Daha sonra Talehin məhkəmədə verdiyi ilkin ifadəsi elan olundu.

Bəzi şahidlər məhkəmə prosesinə gəlmədiyindən onlar barədə məcburi gətirmə qərarı çıxarıldı. Faiq və Vasif adlı şəxslərin təqsirləndirilən şəxsin vəkili lombard işçisi olan Orxan İsayevin məhkəmə prosesinə çağırılması barədə vəsatət verdi.

Zərərçəkən şəxsin vəkili isə lombard işçisinin çağırılmamasını, təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı Həziyev Səbuhi və anası Lətafət Məmmədovanın isə  məhkəmədə dindirilməsi ilə bağlı vəsatət verdi. Hakim müşavirə edərək vəsatətin  qəbul olunması barədə qərar qəbul etdi.

Məhkəmə prosesi 30 yanvar tarixinə kimi təxirə salındı.

Qeyd edək ki, cinayət işində 4 nəfər qızıl alverçisi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxs Günay Həziyeva barəsində isə azyaşlı uşağı olduğu üçün polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Yanvar 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see198

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see169

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see166

QDF Xocalıda tut bağının salınmasına vəsait ayırıb

22 Oktyabr 2025 17:08see166

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see158

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see130

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

“XXI əsr müəllimi Müasir dövrün psixoloji və pedaqoji bacarıqları” layihəsinə başlanılıb

22 Oktyabr 2025 17:56see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see126

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see122

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri