“Atanı qolu qandallı uşağa göstərməklə qəhrəmanını öldürməyin”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Bakı Apellyasiya Məhkəməsində baxılan cinayət işlərindən birində diqqət çəkən və duyğusal an yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Zaur Saadov sosial şəbəkə hesabında paylaşım edib.
Vəkil yazıb ki, məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin azyaşlı qızı da iclas zalına daxil olub. Uşağı görən hakim Əli Məmmədov valideynə irad bildirib və azyaşlının dərhal zaldan çıxarılmasını tələb edib.
Hakimin bu tələbini əsaslandırarkən dediyi sözlər isə məhkəmə zalında olanları duyğulandırıb:
“Hər ata övladı üçün bir qəhrəmandır. Atanı qolu qandallı uşağa göstərməklə onun qəhrəmanını öldürməyin”.
Hakimin bu sözlərindən sonra azyaşlı məhkəmə zalından çıxarılıb.
Qeyd edək ki, Əli Məmmədov bir neçə ay əvvələ qədər Bakı Ağır Cinayətlər Məhkəməsində işləyib. O, əsasən çoxsaylı bəraət hökmləri ilə tanınır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 11 Fevral 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















