Atanın övladını aparmaq istəyi bədbəxt hadisə ilə nəticələndi Təfərrüat
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Bakıda 30 yaşlı oğlan keçmiş arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 26-da Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Rauf həmin gün saat 20:00-da keçmiş arvadı Səbinənin (adlar şərtidir – red.) yaşadığı fərdi yaşayış evinə gəlib. O, 2019-cu il təvəllüdlü övladı Sənanla bir qədər oynadıqdan sonra onu özünün yaşadığı Binə qəsəbəsində yerləşən evinə aparmaq istəyib.
Bu zaman Səbinə buna etiraz edib. Bu məsələ səbəbindən aralarında yaranmış mübahisə zamanı Rauf əsəbi halda evin həyətində üzərində gəzdirdiyi bıçaqla qisas alaraq cəzalandırmaq məqsədi ilə qəflətən keçmiş arvadının sifət və sağ əl nahiyələrinə vurub.
İş üzrə Raufun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Rauf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində amnistiya aktının tətbiq edilməsini, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini istəyib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bakıda koreyalı atanın məzun övladını dediyi sözlər... Video
13 İyun 2026 14:23
Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat VİDEO
12 Oktyabr 2026 22:55
Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim Sumqayıtda övladını itirən atanın FƏRYADI
04 Aprel 2026 22:15
Su xətlərinin dəyişdirilməsi zamanı BƏDBƏXT HADİSƏ TƏFƏRRÜAT
27 Yanvar 2025 16:20
İnam Atanın (Asif Atanın) MUĞAMLA BAĞLI GÖRÜŞLƏRİ
08 Aprel 2025 10:44
Baxış sayı:144
Bu xəbər 18 May 2026 13:06 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları