Icma.az
close
up
RU
“ATASAY” Bakıda ilk mağazasını açdı Video+Fotolar

“ATASAY” Bakıda ilk mağazasını açdı Video+Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin məşhur zərgərlik və zinət əşyaları brendlərindən biri olan ATASAY artıq Azərbaycanda fəaliyyətə başlayıb. Şirkət dünyada xüsusilə qızıl və brilyant məmulatlarının satışı ilə tanınır.

Şirkətin beynəlxalq əlaqələr üzrə satış rəhbəri Erkan Çeliker jurnalistlərə açıqlamasında bildirib ki, “ATASAY” Türkiyədə qızıl və zinət əşyaları sahəsində modanı müəyyən edən, ən geniş mağaza şəbəkəsinə sahib brend markalardan biridir.

“Azərbaycanlı müştərilər bizi artıq yaxşı tanıyır və bizi seçir”

Erkan Çeliker qeyd edib ki, şirkət 1937-ci ildə yaradılıb və hazırda üçüncü nəsil tərəfindən idarə olunur: “ATASAY” Türkiyədə öz sektorunun lideridir. Azərbaycanlı soydaşlarımız da markamızı Türkiyədən yaxşı tanıyır, kolleksiyalarımıza yaxından bələddirlər. Bizə tez-tez “Niyə Azərbaycanda mağazanız yoxdur?” və “Nə zaman fəaliyyətə başlayacaqsınız?” kimi suallar verilirdi. Xüsusilə İstanbuldakı mağazalarımıza gələn azərbaycanlı müştərilər məhsullarımıza böyük maraq göstərirdi. Artıq Azərbaycanda fəaliyyətə başlamaq bizim üçün zərurətə çevrilmişdi və burada olmağımızdan çox məmnunuq”.

Mağazada 2 mindən artıq məhsul təqdim olunur

E. Çelikerin sözlərinə görə, Bakıda açılan mağazada təxminən 2 mindən artıq məhsul mövcuddur. Məhsulların yarısı brilyant və zinət əşyalarından, digər hissəsi isə qızıl kolleksiyalarından ibarətdir.

“ATASAY” kolleksiyalarının təxminən 70 faizi şirkətin öz dizaynlarıdır. Bununla yanaşı, klassik və ənənəvi zinət əşyaları da təqdim olunur.

“ATASAY”ı fərqləndirən əsas xüsusiyyət nədir?

Erkan Çeliker bildirib ki, markanı digər brendlərdən fərqləndirən əsas xüsusiyyət daim yeni dizaynlar hazırlaması, moda trendlərini izləməsi və Türkiyədə zərgərlik modasına istiqamət verməsidir. O əlavə edib ki, şirkət istehsal keyfiyyətinə xüsusi önəm verir və müxtəlif konseptli markaları bir çətir altında birləşdirir. 

“Belle” markası çalışan, müasir və işgüzar qadınları təmsil edir;

“Miras” markası isə tarixi motivləri müasir dizaynlarla birləşdirərək mədəni zənginliyi ön plana çıxarır.

“ATASAY” olaraq biz müxtəlif coğrafiyalarda yaşayan, fərqli yaş qruplarına, zövqlərə və prioritetlərə sahib geniş istehlakçı auditoriyasına müraciət edirik. Bu məqsədlə, məhsullarımız hələ dizayn mərhələsində olarkən fərqli alt məhsul qrupları formalaşdırır, həmin kolleksiyaları ayrıca marka kimi təqdim edərək müxtəlif müştəri qruplarının tələbatını qarşılayırıq.

Alt markalarımızı dəstəkləmək məqsədilə mütəmadi olaraq müxtəlif tanıtım kampaniyaları həyata keçirir, Türkiyə üzrə yayımlanan reklamlarımız və mağazalarımızda hər marka üçün xüsusi hazırlanmış vitrin konseptləri vasitəsilə hər bir markanın özünəməxsus ruhunu müştərilərə çatdırırıq.

“ATASAY” bu çərçivədə Türkiyə zərgərlik sektorunda təcrübəsi və nüfuzu ilə seçilən tərəfdaşlarına mövcud mağazalarında “ATASAY” alt markalarının satış nöqtəsinə çevrilmək imkanı təqdim edir.

Məhsullarımızın orijinal və rəqibsiz dizaynları sayəsində satışlarınızı daha rahat həyata keçirə, yüksək qiymət rəqabətinin olduğu bazarlarda isə daha gəlirli nəticələr əldə edə bilərsiniz.Şirkət həmçinin qızıl məhsullarına xüsusi sertifikat təqdim edir”.

Azərbaycana xüsusi kolleksiyalar hazırlana bilər

E.Çeliker gələcəkdə Azərbaycana xüsusi məhsullar istehsal etməyi planlaşdırdıqlarını da açıqlayıb:

“Azərbaycana uyğun dizaynları Türkiyədə istehsal edib buraya gətirə bilərik. Lakin Azərbaycanda istehsal müəssisəsi qurmaq daha böyük investisiya tələb edir və bunun üçün hələ zaman var”.

Erkan Çeliker həmçinin bildirib ki, Bakıda əldə olunacaq nəticələrdən sonra Azərbaycanın digər şəhərlərində də mağazaların açılması nəzərdə tutulur. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bazarları arasında böyük fərq yoxdur: “Bir millət, iki dövlət” prinsipi həm mədəniyyətdə, həm də qızıl zövqündə özünü göstərir. Azərbaycanda və Türkiyədə qızıl modası bir-birinə çox bənzəyir”.

Qiymətlər bütün ölkələrdə eynidir

E.Çeliker qeyd edib ki, “ATASAY” məhsullarının qiymətləri fəaliyyət göstərdikləri bütün ölkələrdə əsasən eyni saxlanılır. Yalnız bəzi ölkələrdə xüsusi kampaniyalar tətbiq oluna bilər.

Hazırda şirkətin xaricdə ümumilikdə 9 mağazası fəaliyyət göstərir. Bu mağazalar BƏƏ, Əbu-Dabi, London, Netherlands, Erbil, Türkmənistan və Azərbaycanda yerləşir.

Erkan Çeliker vurğulayıb ki, şirkətin əsas məqsədi yalnız məhsul satışı deyil, həm də insanlarla uzunmüddətli münasibətlər qurmaqdır:

“Türkiyədən bizi tanıyan böyük müştəri auditoriyamız artıq var. Məqsədimiz bu əlaqələri daha da genişləndirmək və hər kəslə ünsiyyət qurmaqdır”.

Qeyd edək ki, “ATASAY” mağazası paytaxın Neftçilər pr 41A ünvanında yerləşir.

Əlaqə nömrəsi: 051 214 04 44







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 May 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see369

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see290

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see268

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see250

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see247

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see244

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see243

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see238

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see236

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see234

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see228

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see213

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see195

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see193

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see189

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see188

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see183

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see178

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see173

Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi VİDEO

31 Avqust 2026 02:41see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri