Icma.az
close
up
RU
Atası 20 Yanvar şəhidi olan Qorbaçov tərəfdarı Mənə rusbaş deyə bilərsiniz (VİDEO)

Atası 20 Yanvar şəhidi olan Qorbaçov tərəfdarı Mənə rusbaş deyə bilərsiniz (VİDEO)

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Maral Zamanovanın (Qocamanın) öz atası 20 Yanvar hadisəsində şəhid olsa da, o, 20 Yanvar cinayətkarlarının cəzalandırılmasını tələb edənləri "Azərbaycanın düşməni" adlandırıb

Bu günlərdə Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri, ictimai fəalları, 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvar veteranları Norveç Nobel Komitəsinin sədrinə və üzvlərinə Açıq Məktub ünvanlayaraq Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşımasını bu mükafatın tarixində ən böyük ədalətsizlik adlandırıblar.
Müraciətdə bu qara ləkəni təmizləmək, Azərbaycan xalqına qarşı yol verilmiş haqsızlığı aradan qaldırmaq, Mixail Qorbaçovun həmin mükafatdan məhrum edilməsi tələb olunub.
Bu kütləvi müraciət Rusiyada müəyyən hakim dairələri ciddi narahat edib. Daim Kremlin Bakıdakı təbliğatçısı rolunda çıxış edən, SSRİ xiffəti ilə yaşayan, bütün fəaliyyəti ilə 20 Yanvar fəlsəfəsinə zidd olmasına baxmayaraq, hansısa gizli himayə vasitəsilə 2024-cü ilədək "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədri kimi fəaliyyət göstərməyə nail olmuş Maral Zamanova (Maral Qocaman) bu müraciətin əleyhinə çıxaraq, Mixail Qorbaçovdan bu mükafatın alınmasına qarşı çıxıb. 
O, sosial mediada 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvar veteranlarına video ilə müraciətində belə deyib: "Niyə indi? Niyə məhz Azərbaycan Rusiya ilə müttəfiq olandan sonra? Bizim Qələbə, Zəfər günümüzdə Azərbaycan bayraqları ilə Rusiya bayraqları dalğalandı. Mənə "rusbaş" da deyə bilərsiniz. Amma ki, mən sülh tərəfdarıyam. Ruslar çəkiləndən sonra hamımız bilirik ki, Qarabağımız geri alındı".

Əvvəla, Maral Zamanova (Qocaman) bilməlidir ki, Qarabağ zəfəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tarixi qələbəsidir. Qarabağ Rusiyanın Azərbaycana hədiyyəsi deyil, minlərlə Vətən övladı

bu torpaqların azad edilməsi üçün qan töküb, şəhid olub, əlillik qazanıb. Heç kimin bu əməyi yerə vurmağa ixtiyarı çatmır.
Maral Zamanovanın (Qocamanın) öz atası 20 Yanvar hadisəsində şəhid olsa da, o, 20 Yanvar cinayətkarlarının cəzalandırılmasını tələb edənləri "Azərbaycanın düşməni" adlandırıb və deyib ki, Norveç Nobel Komitəsinə müraciət təşkil edəcək ki, Qorbaçova qarşı olanların fikirlərinə şərik deyillər: "Bu gün siz Azərbaycanın bir nömrəli düşmənisiniz. Çünki Azərbaycanda sakitlikdir, əmin-amanlıqdır, siz gedib başlamısınız rusu qaşımağa. Nə idi fikriniz, özü də bizim adımızdan istifadə edirsiniz. Biz məktubumuzu yazacağıq, lazım olan yerdə ictimailəşdirəcəyik də. Press-konfrans çağırıb hamımız bildirəcəyik ki, bizim bu işdə əlimiz yoxdur. Niyə indi rusla düşmən olmaq istəyirsiniz?".
Həqiqətən də, 35 il gözlədikdən sonra Maral Zamanovanın məhz indi - Rusiya tərəfindən vurulmuş AZAL təyyarəsinin kompensasiyasının ödənilmədiyi, günahkarının cəzalandırılmadığı, əhalinin Moskvaya qarşı qəzəbli olduğu bir şəraitdə Rusiyanın bu cür açıq müdafiəsinə qalxması düşündürücüdür.

İnternetdə axtarış zamanı saxtakarlıq edərək hələ də özünü "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədri kimi təqdim edən, "reket QHT" təmsilçisi kimi tanınan Maral Zamanovanın (Qocamanın) 20 Yanvar şəhidlərinin ailə üzvlərini aldatması, onların etibarından sui-istifadə etməsi barədə xeyli materiala rast gəldik.
Azərbaycanın kütləvi informasiya vasitələrində bir qədər əvvəl belə çağırış yer almışdı: ""SSRİ sevgisi"ni gizlətməyən Maral Qocamanın xarici dairələrin əlində alət kimi istifadə edilməsi ehtimalı da diqqətlə araşdırılmalıdır".
Həmin dairələrin bir "Ай, молодец!"i üçün öz xalqının maraqlarını tapdayanlar, dönüklər üçün müqəddəs heç nə olmur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Yanvar 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri