Atasının qatilləri həbs olunan Elnarə sevincdən ağladı
Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Atasının qatilləri həbs olunan Elnarə sevincdən ağladı
Aktrisa Zümrüd Qasımova modelyer Elnarə Bəkirovanın atasının qatillərinə hökm oxunduğu məhkəmə günündən paylaşım edib.
OLAY yazır ki, kadrlarda Elnarənin və ailəsinin görüntüləri yer alıb.
Modelyerin göz yaşı tökdüyü videolara Zümrüd “Mənim ürəyim ,dostum haq -ədalət yerini tutdu… Kamran müəllimin yeri cənnət olsun… Qatillər isə hər gün öləcəkıər… 19 il… Sən atanın qızı yox oğlusan ... Elişim, canım dostum səninlə qurur duyuram” sözlərini yazıb.
Qeyd edək ki, E. Bəkirovanın atası, 69 yaşlı Kamran Bəkirov iki il öncə pula görə öldürülüb. Araşdırma nəticəsində təqsirləndirilən şəxslərin hadisəni törətdikdən sonra külli miqdarda pul ələ keçirdikləri müəyyən edilib. Mustafa Zeynalov və Namiq Əliyev adlı şəxslər K. Bəkirovu öldürərək quyuya atmaqda ittiham olunub.
Bu gün baş tutan məhkəmədə onların hər ikisi də 19 illik azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 13 Fevral 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















