Icma.az
close
up
RU
Atasız anasızlar soyuqdan donur: Müdir haqqını tələb edənləri hədələyir

Atasız anasızlar soyuqdan donur: Müdir haqqını tələb edənləri hədələyir

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Masazır qəsəbəsində yerləşən “Məzunlar Evi” yaşayış kompleksinin sakinləri artıq 10 aydan çoxdur istilik və isti sudan məhrumdur.

Bu barədə Bakupost.az -a bina sakinləri məlumat veriblər.

Şikayətçilərin sözlərinə görə, problem dəfələrlə müxtəlif media qurumlarında işıqlandırılsa da, indiyədək həllini tapmayıb.

Əməkdaşımıza danışan bina sakini Denis Yuzmin bildirib ki, problem hələ iki il əvvəl yaranıb:

“Müraciət etdik, gəlib başdansovdu düzəltdilər. Sonra qazanxananın işçiləri dedilər ki, bu, 1-2 aydan sonra yenidən xarab olacaq. Elə də oldu. Artıq iki ildir bu vəziyyətdəyik. Qazanxana ümumiyyətlə işləmir. Müxtəlif qurumlara dəfələrlə müraciət etmişik, çoxsaylı şikayətlərimiz olub, amma baxan yoxdur. Sizin kimi media nümayəndələri məsələni işıqlandırandan sonra gəlib guya nəsə edirlər, amma ortada dəyişiklik olmur”.

Denis Yuzminin sözlərinə görə, hazırda evlər buz kimidir:

“Biz hansı dövrdə yaşayırıq? Dövlətimiz sağ olsun, bizə bu evləri verib, şərait yaradıb. Amma bu gün sistemi dağıdan qurumlardır. Vaxtında düzəltmədilər, indi də əziyyətini biz çəkirik. Bir ilə yaxındır bu vəziyyətdəyik. Yalandan deyirlər ki, “gəlib düzəldəcəyik”, “həll olunacaq”, amma ortada heç nə yoxdur. Bir-iki usta göndərirlər, onlar da yalandan qurdalanıb çıxıb gedirlər. Soruşuruq ki, nə vaxt düzələcək? Deyirlər, 1-2 aya. 60 günə düzələcəksə, bu mənim nəyimə lazımdır? Qışın bitməsinə 2 ay qalıb da...”.

Şikayətçi bildirir ki, aidiyyəti qurumlar problemə ciddi yanaşmır:

“Space TV, İctimai TV, Xəzər TV gəlib çəkiliş edib, hamısının məlumatı var. Amma nəticə yoxdur. İki ildir yalandan yamaq vurub gedirlər. Mən demirəm ki, onlar bizə borcludur. Sadəcə bu, dövlət müəssisəsidir. Anasız-atasız uşağam, dövlət bizə bu evi veribsə, problemimizi də dövlətə deməliyik.

Rəhbərlik burada hegemonluq edir. Haqqını tələb edən sakinləri polislə hədələyir. Əgər işini görə bilmirsənsə, burda nə gəzirsən? Komendant da rəhbərliyə şikayət edir, müdir isə onu yola verir”.

Lalə Novruz,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Yanvar 2026 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri