Atatürkün nadir şəkillərindən ibarət fotoalbom nəşr edilib
Icma.az, Azertag saytına istinadən bildirir.
İstanbul, 4 fevral, Günel Karatepe, AZƏRTAC
Türkiyə xalqının Ulu Öndəri Qazi Mustafa Kamal Atatürkün nadir şəkillərindən ibarət yeni fotoalbom ictimaiyyətə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumu nəzdində fəaliyyət göstərən Atatürk Araşdırma Mərkəzi tərəfindən “Fotolarla Atatürk: Bir ömür, Bir Cümhuriyyət” mövzusunda nəşr edilən əsərdə Atatürkə məxsus 350 nadir şəkil yer alıb.
Tarixi izahlarla oxuculara təqdim edilən əsərdə cümhuriyyət tarixində “Çiçək bayramı”, “Altılar davası” kimi az bilinən mövzulara da aydınlıq gətirilib.
Alboma “əvvəl” və “sonra” tipli müqayisəli fotolar da daxil edilib. Bunların arasında Atatürkün Salonikidə doğulduğu ev əvvəlki və indiki vəziyyətdə müqayisəli şəkildə yer alıb.
Fotoalboma həmçinin Atatürkün atası Əli Rza Əfəndinin şəcərəsinə aid məlumatlar da daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 04 Fevral 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















