“Ateizm bizə alternativ düşüncə kimi lazımdır...”
Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Məsələni dindar-ateist qarşıdurması kimi təqdim etmək, yumşaq desəm, gələcəyə kor gözlərlə baxmaqdır.Biz hər kəsin hər şey haqqında öz fikirlərini təhlükə hiss etmədən deyə biləcəyi cəmiyyət quruculuğu ilə məşğul olmalıyıq”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
“Dindar-ateist qarşıdurması kimi kök salan bir düşüncənin nəticəsi nə ola bilər? Bu gün güc dindarların tərəfindədir, ateistləri döyürlər, sabah tərsinə olsa, ateistlər dindarları döyəcəklər.Bunun məzhəbçilikdən, təriqətçilikdən heç bir fərqi yoxdur. Yeganə fərq qarşı duran tərəflərdən birinin inancsız olmasıdır. Bu düşüncə üzərində abırlı bir gələcək inşa etmək olmaz.Bu, sadəcə, bir bataqlıqdan çıxıb başqa bir bataqlığa düşmək deməkdir.Gələcəyə gedən yol ateizmdən keçirmi? Əlbəttə ki, xeyr! Ateizm bizə alternativ düşüncə kimi lazımdır. Alternativ düşüncələrə yer olmasa, gələcəkdə bizi gözləyən ölkənin adı indiki Əfqanıstan olacaq”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 05 Sentyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















