“Atəşgah” Sığorta ABŞ də “İnnovasiya və Təlim Proqramı”nda Fotolar
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan sığorta sektorunu təmsil edən nümayəndə heyəti ABŞ-də təşkil olunan “İnnovasiya və Təlim Proqramı”nda uğurla iştirak edib. Yerli sığorta şirkətlərinin rəhbərlərindən ibarət heyətin tərkibində “Atəşgah" Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının sədri Azər Əliyev də yer alıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində yerli nümayəndə heyəti Stanford Universitetində keçirilən xüsusi təlim proqramına qatılıb. İştirakçılar təlimlərlə yanaşı universitetin innovasiya ekosistemi ilə yaxından tanış olublar.
Proqram çərçivəsində nümayəndə heyəti “Google”, “Meta” va “Apple” kimi nüfuzlu beynəlxalq şirkətlərəsəfər edib, bu qurumların innovasiya yanaşmaları vətexnoloji inkişaf istiqamətləri barədə geniş məlumat əldə ediblər.
Nümayəndə heyəti həmçinin, proqram təminatının inkişafında çevik idarəetmə yanașmalarına həsr olunmuş “SCRUM” texnologiyası üzrə təlimdə də iştirak edib.
Təlim çərçivəsində sığorta sektorunda proqram təminatının daha çevik və effektiv şəkildə hazırlanması imkanları müzakirə olunub. Səfər zamanı innovativ startap şirkətlərlə də görüşlər keçirilib. Bu çərçivədə “Stack Al” və “Further Al” şirkətlərində təşkil olunan görüşlərdə süni intellektin sığorta sahəsində tətbiqi, xüsusilə risklərin qiymətləndirilməsi, müştəri xidmətləri və avtomatlaşdırma istiqamətləri üzrə təqdimatlar dinlənilib və müzakirlər aparılıb.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 21 Aprel 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















