Icma.az
close
up
RU
Atəşkəs niyə pozulur?

Atəşkəs niyə pozulur?

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tərəflər bir-birini ittiham edir

Rusiyanın Müdafiə Nazirliyi Prezident Vladimir Putinin Qələbə Günü münasibətilə mayın 8-ni və 9-unu Ukrayna ilə atəşkəs barədə əmr verdiyini açıqlayıb. Bu addım Ukrayna ilə koordinasiya edilmədən atılıb. Bununla yanaşı, bayram tədbiri hücumlarla pozulacağı təqdirdə, Kiyevin mərkəzinə raket zərbəsinin endiriləcəyi diqqətə çatdırılıb. Ondan əvvəl isə Ukrayna Prezidenti Volodimir Zelenski mayın 5-dən 6-na keçən gecə 00:00-dan atəşkəs elan edildiyini bildirmişdi.

Budanov: Kiyev atəşkəs istəyir

Ukrayna Prezidentinin Aparatının rəhbəri Kirill Budanovun sözlərinə görə, Kiyev insanların həyatını qorumaq və təhlükəsizliyi bərpa etmək üçün Rusiya ilə atəşkəs istəyir. Əgər atəşkəs qarşılıqlı olarsa, uzadıla bilər. O deyib ki, rəsmi Kiyevin təklif etdiyi atəşkəs Ukraynanın sülhün bərqərar olmasına dair səmimi istəyindən xəbər verir: “Konkret bir tarixlə bağlı deyil, həyatların qorunması və təhlükəsizlik naminə. Əgər Prezidentin elan etdiyi atəşkəs qarşılıqlı olarsa, biz onu davam etdirəcəyik və bu, kiçik olsa belə, bizə davamlı sülhün bərqərar olmasına ümid verəcək”. K.Budanovun fikrincə, Ukrayna Prezidenti Zelenski bu addımla bütün dünyaya müharibəyə son qoymağa sadiqliyini sübut edib. Növbəti addımı isə Rusiya atmalıdır.  “Rəsmi Moskva insan həyatının onun üçün hər hansı bir dəyərinin olduğunu sübut etməyə hazırdırmı? Biz Moskvanın hər bir addımını diqqətlə izləyirik və hadisələrin istənilən inkişafına hazırıq”-deyə, o söyləyib.

Lakin Rusiya Kiyevin atəşkəs təşəbbüsünün əksinə hərəkət edib və Ukrayna şəhərlərinə hücumları davam etdirib. Belə ki, məhz Zelenskinin elan etdiyi atəşkəs müddətində Rusiya qüvvələri dron və raket hücumları həyata keçirib. Dnepr, Zaporojye, Xarkov və Krivoy-Roq hücuma məruz qalıb. İki dron Sumı mərkəzindəki uşaq bağçası binasına zərbə endirərək yanğına səbəb olub. Xilasedicilər dağıntılar altında iki həlak olmuş uşaq bağçası işçisinin cəsədini tapıblar və daha yeddi nəfər yaralanıb. Mayın 7-nə keçən gecə Rusiya ordusu yenidən Ukraynaya hücum edərək yeddi istiqamətdən 100-dən çox hücum dronu buraxıb. Səkkiz kamikadze dronunun altı yerə zərbə endirdiyi və onların qalıqlarının düşdüyü qeydə alınıb. Rusiya ordusu Donetsk vilayətinin Kramatorsk şəhərinin mərkəzinə 3 fuqas aviasiya bombası atıb, nəticədə 5 nəfər həlak olub, daha 5-i yaralanıb.

Rusiyanın hücumlarına adekvat cavab verilir

Ukrayna Prezidenti Zelenski deyib ki, Rusiya davam edən müharibəyə son qoymalıdır: “Rusların əksəriyyəti üçün internet kəsilsə və rabitə bağlansa belə, onların rəhbərliyinin bunkerlərindən çıxıb sülhü seçə biləcəyi tamamilə aydındır. Rusiya tərəfində bizim diplomatik təkliflərimiz var və lazım olan tək şey Moskvanın həqiqi sülhə doğru irəliləmək istəyidir”. Bununla belə, Zelenski deyib ki, Ukrayna Rusiyanın hücumlarına “uzaqmənzilli sanksiyalar” ilə adekvat cavab verəcək. Moskva diplomatiyaya hazırdırsa, Kiyev də eyni şeyi edəcək. O qeyd edib: “Ukrayna gündən-günə daha ədalətli davranacaq. Biz 6 may gecə yarısından atəşkəs təklif etdik. Amma Rusiya atəşkəs rejimini pozur”. Dövlət başçısı bildirib ki, günün əvvəlindən təcavüzkar ölkə Ukraynaya bütün mümkün vasitələrdən istifadə edərək hücumlar təşkil edir. Bunlara kamikadze dronları, raket zərbələri, cəbhə xəttində atəş və hücumlar, hava bombalarından istifadə daxildir. Zelenski vurğulayıb ki, bu, Kremlin atəşkəsi ciddi şəkildə nəzərdən keçirmədiyini göstərir və Rusiya hakimiyyətini narahat etməyə davam edən yeganə şey Qırmızı meydandakı qısamüddətli sükutdur.

Zelenski Moskvanın təklifini “qəribə” adlandırıb

Onun sözlərinə görə,  Ukrayna atəşkəs rejiminə tam əməl etməyə hazır idi, lakin bu sülh təklifinə cavab olaraq Rusiyadan yalnız yeni zərbələr və yeni təhdidlər gəldi: “Onlar Ukraynadan ildə bir dəfə meydana çıxaraq təhlükəsiz parad keçirmək üçün icazə almaq, sonra isə yenidən insanlarımızı öldürmək və müharibəni davam etdirmək istəyirlər”. Zelenski Rusiyanın mayın 9-da keçirilməsi nəzərdə tutulan hərbi paradla bağlı atəşkəs təklifini “qəribə” adlandırıb: “Rusiya rəhbərliyinin məntiqi heyrət doğurur və tamamilə qeyri-adekvatdır. Rusiyaya yaxın bəzi dövlətlərdən nümayəndələrin Moskvada olacağı ilə bağlı müraciətlər də var. Qəribə istəkdir, biz bunu tövsiyə etmirik”. O, dəqiqliyə görə ukraynalı hərbçilərə, Ukraynanın Xüsusi Təyinatlı Qüvvələrinə və ölkənin müdafiəsini təmin edən digər qüvvələrə minnətdarlığını bildirib. “Uzaqmənzilli zərbələrin nəticələri var. Xüsusilə Xəzər dənizi regionunda “Kalibr” raketlərini buraxa bilən raket gəmisinə qarşı. Həmçinin Perm regionunda neft sənayesi obyektinə zərbə endirilib. Halbuki bu obyekt dövlət sərhədimizdən 1500 kilometrdən çox məsafədə yerləşir. Başqa hədəflərə də zərbələr olub. Kəşfiyyatımızın məlumatına görə, Bryansk istiqamətində, Tuapsedə və Rusiyanın bəzi xüsusi neft obyektlərinə qarşı cavab tədbirlərimizin nəticələri bizi qane edir”, - deyə V.Zelenski əlavə edib.

Moskva eyni iddia ilə Kiyevi ittiham edir

Moskva da, eyni iddia ilə Kiyevi ittiham edir. Belə ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, mayın 8-də elan edilən atəşkəs rejimindən bəri Ukrayna Silahlı Qüvvələri 1365 dəfə onu pozub. Nazirlik qeyd edib ki, mayın 8-i Moskva vaxtı ilə saat 00:00-a olan məlumata görə, xüsusi hərbi əməliyyat zonasındakı Rusiya qoşun qrupları “döyüş əməliyyatlarını tamamilə dayandırıb” və əvvəllər işğal etdikləri xətlərdə və mövqelərdə qalıblar. Ukrayna qüvvələri artilleriya, çoxsaylı raket sistemləri, minaatanlar və tanklardan istifadə edərək Rusiya mövqelərinə 153 artilleriya hücumu həyata keçirib, həmçinin 887 dron zərbəsi endirib.

Bundan əlavə, nazirliyin məlumatına görə, xüsusi hərbi əməliyyat zonasından kənarda yerləşən Rusiya hava hücumundan müdafiə sistemləri 390 dron və altı “Neptun” raketi də daxil olmaqla 396 hava hücumu silahını vurub. Bu arada, Rusiya Nəqliyyat Nazirliyi bildirib ki, pilotsuz uçuş aparatının aeronaviqasiya binasına zərbə endirməsi səbəbindən Rusiyanın cənubundakı 13 hava limanında əməliyyatlar dayandırılıb.

Görünən odur ki, Moskvada 9 may paradı atəşkəs şəraitində keçməyəcək. Kiyev, onun atəşkəs təklifinə əməl etməyən Moskvanı eyni yanaşma ilə “cəzalandırmaq” istəyir.

N.BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 May 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri