Icma.az
close
up
RU
Atəşkəs pozulmur, gənclər ölmür, müharibədən uzaqlaşırıq İLHAM ƏLİYEVİN GÜCÜ

Atəşkəs pozulmur, gənclər ölmür, müharibədən uzaqlaşırıq İLHAM ƏLİYEVİN GÜCÜ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Amerika Birləşmiş Ştatlarında Azərbaycanla Ermənistanın paraflanan sülh razılaşması regionda uzun illərdir davam edən qarşıdurmaya son qoyan mühüm tarixi addım oldu. Bu sənədin imzalanmasından sonra sərhəddə bir dəfə də olsun atəşkəsin pozulmaması siyasi reallıqları tam şəkildə ortaya qoydu. Halbuki sazişdən əvvəl sərhəd xəttində demək olar ki, hər gün gərginlik, təxribat və itkilər baş verirdi.

Bu fakt bir daha sübut edir ki, münaqişənin davam etməsini istəyənlər nə Azərbaycan, nə Ermənistan cəmiyyəti idi. Atəşkəsin pozulmasında maraqlı olanlar əsasən bölgədə gərginliyi alətə çevirən xarici qüvvələr, siyasi revanşist dairələr və sülhdən qazanc əldə etməyən strukturlar idi.

Bəli, atəşkəsin pozulması regionda nüfuzunu itirmək istəməyən xarici güclərə, Cənubi Qafqazın sabitlikdən uzaq qalmasını arzulayan lobbilərə və müharibədən siyasi dividendlər toplayan mərkəzlərə lazım idi.

Onlar üçün hər bir gərginlik yeni təsir mexanizmi, yeni alver vasitəsi idi. Amma bu gərginlik Azərbaycan və Ermənistan xalqlarına yalnız qan, göz yaşı və itkilər gətirirdi.

Bir sərhəd pozuntusu bir ananın övlad acısı, bir uşağın ata həsrəti, bir qadının ər itkisiydi. Normal, sağlam cəmiyyətlər sülh, təhlükəsizlik və sabitlikdən başqa heç nə istəmir.

Bu gün atəşkəsin tam şəkildə qorunması və real sülh prosesinin işə düşməsi təsadüf deyil. Bu, Azərbaycanın lideri, Prezidenti İlham Əliyevin prinsipial mövqeyinin, siyasi qətiyyətinin və ardıcıl diplomatik xəttinin nəticəsidir.

Məhz İlham Əliyev gücü müharibəni bitirdi və regiona yeni siyasi reallıq gətirdi, Ermənistanı real sülh gündəmini qəbul etməyə məcbur etdi, Cənubi Qafqazda uzunmüddətli təhlükəsizlik modelinin əsaslarını formalaşdırdı.

Bu gün iki ölkənin anaları, gəncləri, ailələri üçün ən böyük dəyər qansız, atəşsiz günlərdir. Bu sakitliyin memarı isə şübhəsiz ki, bölgənin yeni düzənini formalaşdıran İlham Əliyevdir.

Sülhün ilkin nəticələri belə insanları xoşbəxt edir. Artıq sərhəddə atəş səsi yoxdur. Əsgərlik ölüm yox, xidmət anlayışına çevrilir. Gələcək nəsillər müharibən uzaq, sülh dövrünün övladları olacaq. Regionda iqtisadi və siyasi əməkdaşlıq imkanları yaranır.

Cənubi Qafqaz tarixində ilk dəfədir ki, real, davamlı və praktiki sülh modelindən danışmaq mümkün olur.

Bu gün bölgədə yaranan sabitlik hansısa təsir mərkəzinin aid deyil. Bu, Azərbaycan dövlətinin güclü iradəsinin nəticəsidir. Sülhü İlham Əliyev təmin etdi. Bütün Cənubi Qafqaz üçün yeni dövrün əsasını qoydu.

Elnur ƏMİROV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Dekabr 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri