Icma.az
close
up
RU
Atəşkəs var, amma barıt qoxusu hələ də havadadır POLİTOLOQ RƏY BİLDİRDİ

Atəşkəs var, amma barıt qoxusu hələ də havadadır POLİTOLOQ RƏY BİLDİRDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

“İranla İsrail arasında elan olunmuş atəşkəs hər nə qədər müsbət bir addım kimi görünsə də, bu atəşkəsin uzunmüddətli və dayanıqlı olacağına dair ciddi suallar mövcuddur. Hazırkı vəziyyətdə tərəflər arasında dərin etimadsızlıq və köklü geosiyasi ziddiyyətlər qalmaqdadır. Bu səbəbdən atəşkəsi kövrək hesab etmək tamamilə əsaslıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu atəşkəs pozularsa və hərbi toqquşmalar yenidən başlayarsa, bunun həm regional, həm də qlobal miqyasda ciddi nəticələri ola bilər: "İlk növbədə, Yaxın Şərqdə yeni münaqişə ocaqları alovlana bilər. İranın Livan, Suriya, Yəmən və İraqdakı müttəfiqləri vasitəsilə cavab addımları atması ehtimalı yüksəkdir ki, bu da bölgədə daha genişmiqyaslı hərbi əməliyyatlara səbəb ola bilər.

Eyni zamanda, bu cür gərginlik enerji bazarlarına ciddi təsir göstərə bilər. Fars körfəzi regionu dünyada neft və qaz ixracının əsas mərkəzlərindən biridir. Burada baş verəcək hərbi qarşıdurmalar neft qiymətlərinin kəskin artımına, enerji təchizatında fasilələrə və nəticə etibarilə qlobal inflyasiyanın sürətlənməsinə gətirib çıxara bilər. Bundan əlavə, ABŞ, Rusiya, Çin və Avropa İttifaqı kimi böyük güclərin bu münaqişəyə münasibəti və mümkün müdaxilələri beynəlxalq münasibətlər sistemində yeni gərginlik xətləri formalaşdıra bilər. Belə bir müharibənin yenidən alovlanması beynəlxalq hüququn və BMT-nin vasitəçilik imkanlarının nə dərəcədə effektiv olduğunu da sual altına alar. Ona görə də beynəlxalq ictimaiyyət, xüsusilə də böyük dövlətlər bu atəşkəsin qorunması üçün diplomatik səyləri artırmalı, hər iki tərəfə təzyiq göstərməli və uzunmüddətli sülh mexanizmlərinin yaradılmasına yardım etməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 İyul 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri