Atəşkəsdən əvvəl İsrail Tehranın mərkəzinə güclü zərbələr endirilib, yüzlərlə əsgər ölüb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Atəşkəs qüvvəyə minməzdən əvvəl İsrail Tehranın mərkəzinə güclü zərbələr endirilib, nəticədə Bəsic qüvvələrinin yüzlərlə əsgəri ölüb.
APA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
O da qeyd edilib ki, bundan əvvəl İran tərəfinin Beer-Şeva şəhərinə raket zərbələri 4 nəfərin həyatına son qoyub.
Eyni zamanda, atəşkəs qüvvəyə mindikdən 6 dəqiqə sonra İsrail bir, yerli vaxtla saat 10:25-də isə iki dəfə raket hücumuna məruz qalıb. Onların bir qismi zərərsizləşdirilib, bəziləri isə açıq sahəyə düşüb.
Ardınca İsrail ordusu Tehran yaxınlığındakı radiolokasiya qurğularına zərbələr endirib.
ABŞ Prezidenti Donald Tramp və Baş nazir Benyamin Netanyahu arasında telefon danışığından sonra İsrail İran ərazisinə hücumları dayandırıb.
ABŞ prezidenti Donald Tramp Netanyahu ilə danışığı zamanı İsrailin məqsədlərinə nail olduğunu deyərək, bu ölkəyə təşəkkür edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 24 İyun 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















