Atəşkəsdən sonra Çinə səsləndi: İndi davam edə bilərik!
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail və İran arasında atəşkəsdən sonra ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin İrandan neft çıxarmağa davam edə bilər.
Turkustan.az xəbər verir ki, İsrailin iyunun 13-də İrana qarşı başlayan hücumlarından sonra iki ölkə arasında qarşıdurmalar dünyanın diqqətini regiona yönəldib.
İranın Qətər və İraqdakı ABŞ bazalarına hücumundan sonra İsrail və İran arasında atəşkəs razılaşması əldə edildikdən sonra bütün dünya rahat nəfəs aldı.
Atəşkəsdən sonra NATO Sammitinə gedərkən yazdığı yazılarda o, Çinin İrandan neft almağa davam edə biləcəyini bildirib.
"Çin indi İrandan neft almağa davam edə bilər. Ümid edirəm ki, onlar da ABŞ-dan böyük miqdarda neft alacaqlar. Buna nail olmaq mənim üçün böyük şərəf idi"-deyə, Tramp açıqlamasında bildirib.
ABŞ-ın İranın nüvə obyektlərinə son hücumlarından sonra İran parlamenti dünya neft idxalının 20 faizinin bu boğazdan keçdiyi Hörmüz boğazının bağlanması təklifini təsdiqləyib.
İranın bu addımı bütün dünyada müzakirələrə səbəb olub. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Hörmüz boğazının bağlanacağı təqdirdə ən ağır bədəlini Çin ödəyəcək.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 25 İyun 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















