Icma.az
close
up
RU
Atəşkəsdən sülhə məchul yol

Atəşkəsdən sülhə məchul yol

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Hələlik hər tərəf özünü “qalib” sayır

Yaxın Şərqin və dünyanın şahidlik etdiyi ən qanlı, gərgin hərbi qarşıdurmalarından biri olan ABŞ–İran münaqişəsi tərəflərin aprelin 8-nə keçən gecə iki həftəlik müvəqqəti atəşkəs barədə razılığa gəlməsi ilə yeni, həmçinin daha mürəkkəb mərhələyə qədəm qoyub. Birləşmiş Ştatların Prezidenti Donald Trampın İrana saat 20:00-a qədər təyin etdiyi vaxt bitdikdən dərhal sonra əldə olunan razılaşma regionun böyük bir müharibənin astanasından döndüyünə dair ümidləri artırsa da, gərginlik hələ də kritik həddə qalmaqda davam edir.

Pakistanın vasitəçiliyi ilə ABŞ/İsrail koalisiyası və İran arasında 14 günlük atəşkəs elan olunub. Daha sonra tərəflər öz şərtlərini irəli sürüblər. Vaşinqton İrana 15 maddəlik plan təqdim edib. Burada əsas diqqət İranın nüvə fəaliyyətlərinin dondurulmasına və Natanz, İsfahan, Fordo kimi strateji obyektlərin fəaliyyətinin dayandırılmasına yönəlib. Bunun müqabilində isə ABŞ sanksiyaların ləğvi və mülki nüvə layihələrinə dəstək vəd edib. İranın Ali Milli Təhlükəsizlik Şurası isə, öz növbəsində, 10 bəndlik tələblər paketi ilə çıxış edib. Tehranın şərtləri arasında uranın zənginləşdirilməsi hüququnun tanınması, dondurulmuş aktivlərin bərpası və ABŞ ordusunun regiondakı bazalardan çıxarılması kimi fundamental məsələlər yer alıb. İran, həmçinin Livan cəbhəsi daxil olmaqla, bütün regional müttəfiq qruplara qarşı hərbi əməliyyatların tam dayandırılmasını tələblərdən biri kimi irəli sürüb.

Elan olunmuş atəşkəsə rəğmən, tərəflərin mövqeləri arasında kəskin ziddiyyətlər mövcuddur. Çünki Tehran Vaşinqtonun şərtlərini rədd edir, Ağ Evin İranın tələblərini qəbul etməsi elə də real görünmür. ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens İranın göndərdiyi ilk təkliflər paketinin süni intellekt ilə yazıldığını bildirərək Vaşinqtonun onu zibil qutusuna atdığını açıqlayıb. Daha sonra Tehran ABŞ-a ikinci təkliflər paketi göndərib. Vaşinqton tərəfi bu paketi qəbul edib və bildirib ki, bunun üzərində danışıqlar aparacaq. İran tərəfi yenidən – üçüncü, on bəndlik təklif hazırlayaraq bunu mətbuatda yayıb. Ekspertlər hələlik tərəflərin bütün bəndlər üzrə tam razılaşması ehtimalının aşağı olduğunu deyirlər. Xüsusilə nüvə proqramının taleyi, balliktik raket arsenalı və ABŞ-ın bölgədəki hərbi mövcudluğu məsələlərində tərəflərin bir-birinə diametral əks tələblər irəli sürməsi danışıqlar prosesinin kifayət qədər mürəkkəb keçəcəyindən xəbər verir.

Nüvə məsələsində Vaşinqton Tehrana güzəştə getmək niyyətində deyil. Donald Tramp “Truth Social” platformasında bildirib ki, İran artıq uranın zənginləşdirilməsi ilə məşğul olmayacaq. ABŞ prezidenti, həmçinin Tehranın B-2 bombardmançılarının zərbələri ilə dağıdılmış yeraltı nüvə obyektlərinin qalıqlarının təmizlənməsində ölkəsinin İranla əməkdaşlıq edəcəyini də vurğulayıb. Hazırda peyk müşahidəsi altında olan bu obyektlər və sanksiyaların yumşaldılması üzrə müzakirə edilən 15 bəndlik plan Ağ Evin İranı hərbi güclə nüvəsizləşdirmə yoluna salmaq niyyətini göstərir. Vaşinqton tərəfindən irəli sürülən tariflərin ləğvi və iqtisadi güzəştlər müqabilində nüvə ambisiyalarından birdəfəlik imtina tələbi Tehranın qarşısında qalan yeganə çıxış yolu kimi görünür.

***

Buna baxmayaraq, atəşkəsin coğrafi və siyasi əhatə dairəsi ilə bağlı yaranan ziddiyyətlər sazişin dayanıqlılığını ciddi sual altına qoyur. ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılmasından bir neçə saat sonra İsrail tərəfi Tehranın ABŞ-a təqdim etdiyi 10 bəndlik planı pozub. Tel-Əviv mövcud atəşkəs qərarının Livana şamil edilmədiyini əsas gətirərək, bu ölkəyə zərbələr endirib. Nəticədə Livanda 254 nəfər insan həlak olub. Livan hökuməti və Baş nazir Nəvaf Salam aprelin 9-nu ümummilli matəm günü elan edib. İsrailin Livana hücumundan dərhal sonra ABŞ Prezidenti Donald Tramp “PBS” telekanalına müsahibəsində Livanın bu razılaşmaya daxil edilmədiyini və “Hizbullah”ın atəşkəs çərçivəsindən kənarda qaldığını vurğulayıb. Ağ Evin şimal cəbhəsində əməliyyatlarını davam etdirməsinə “yaşıl işıq” yandırması gərginliyin alovlanmasına təkan verib.

İran tərəfi isə İsrailin Livana hücumunu razılaşmanın açıq şəkildə pozulması kimi qiymətləndirib. Ölkə parlamentinin spikeri Məhəmmədbaqir Qalibaf “X” platformasında yazıb edib ki, ABŞ ilə gələcək sülh sazişi üzrə danışıqlar üçün əsas götürülən İran planının 10 bəndindən 3-ü pozulub: “Pakistanın Baş naziri Şahbaz Şərif də bu öhdəliyi birbaşa qeyd edib və bildirib ki, Livan və digərləri daxil olmaqla, bütün regionlarda təcili atəşkəs dərhal başlamalıdır”. Pakistanın ABŞ-dakı səfiri Rizvan Səid Şeyxin “CNN” efirində atəşkəsin Livanı da əhatə etdiyini rəsmən təsdiqləməsi isə vasitəçilərin tərəflər arasında hələ də razılaşma mətni üzərində tam razılığa gələ bilmədiklərini göstərir. Mövcud qeyri-müəyyənlik diplomatik qələbə kimi təqdim olunan atəşkəsin hər an pozulma riskini özündə daşıyır. Hər iki tərəfin yekunda özünü qalib elan etməsi isə müvəqqəti atəşkəsin olduqca kövrək olduğundan xəbər verir.

Tərəflər sabah danışıqların ilk raundu üçün Pakistanın paytaxtı İslamabada gedəcəklər. Danışıqlarda Vaşinqtonu ABŞ Vitse-prezident Ceyms Devid Vens, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner təmsil edəcək. İran tərəfinə isə spiker Məhəmmədbaqir Qalibaf başçılıq edəcək, xarici işlər naziri Abbas Əraqçi də İslamabad danışıqlarına qatılacaq.

Yekun olaraq qeyd etmək olar ki, aprelin 8-də başlayan iki həftəlik atəşkəs ya Yaxın Şərqdə yeni bir nizamın başlanğıcı, ya da daha böyük regional fırtınadan öncəki sakitlik kimi tarixdə qalacaq.

Tacir SADIQOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2026 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri