Atəşkəsə baxmayaraq, hücum əmri verdi
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu orduya Livanda fəaliyyət göstərən “Hizbullah” hədəflərinə qarşı “güclü” zərbələr endirilməsi barədə göstəriş verib.
“Qafqazinfo” xəbər verir ki, Baş nazirin ofisinin açıqlaması şənbə günü “Hizbullah”ın Şimali İsrailə və Cənubi Livandakı İsrail quru qoşunlarına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirməsindən sonra yayılıb.
Bildirilib ki, bu hücumlar nəticəsində xəsarət alan olmayıb.
Eyni gün İsrail ordusu atəşkəs rejiminin qüvvədə olduğu şəraitdə Cənubi Livanda bir neçə hava zərbəsi həyata keçirib. İsrail tərəfi həmin əməliyyatlarda 6 “Hizbullah” üzvünün öldürüldüyünü bildirib.
Netanyahunun ofisinin bəyanatında qeyd olunub ki, Baş nazir orduya “Livandakı Hizbullah hədəflərinə güclü hücumlar həyata keçirməyi” əmr edib, lakin əməliyyatın detalları açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 25 Aprel 2026 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















